Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükədir

Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükədir19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Torpaqlarımız işğaldan azad edildi. Hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtı ilə bu yerlərdən didərgin düşmüş insanların öz döğma yerdlarına geri dönüşü prossesinə başlanılıb.
Bu hadisələr məğlub durumda olan Ermənistanda heç də birmənalı qarşılanmır, Ermənistan hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində ixtişaşlara əl atırlar. Belə ki, sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın "Düşmən sülhə gəlməzsə, "Dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın sərhəddəki hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.
Azərbaycan Ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində "Qisas" əməliyyatı zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə, ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə, bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaqdır.
Ermənistan rəhbərliyi Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxmışdı. Bir sözlə, son təxribatçı mövqelər Ermənistan rəhbərliyinin əsl sifətini göstərdi. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqlədi və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirdi.
Lakin Ermənistan, o cümlədən oradakı revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, güclü, Müzəffər Azərbaycan Ordusu dayanır. Ordumuz öz gücünü sentyabrın 12-də baş verən təxribatların qarşısının alınması zamanı bir daha göstərdi. Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edildi. Görülən tədbirlər nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altına keçdi. Bununla da Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 232
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 162
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 165
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.