Düşmənin 50-dən çox döyüş mövqeyi və hakim yüksəkliklər nəzarətə götürülüb, 450 hərbçisi məhv edilib
Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd "S-300 5N63 İYR" radarı, üç ədəd "S-300 5P85 BQ" buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd "S-125 RTS-125" radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
Həmçinin qarşı tərəfə məxsus bir ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və altısı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd "KamAZ", bir ədəd "Ural" və bir ədəd "UAZ-3962" markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd "İqla-S" daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.
Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd "S-300" və iki ədəd "S-125" divizionlarının start mövqeləri darmadağın edilib.
Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1446 Tarix: 15 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 134 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
08.11.2026 232 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 162 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 165 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221