"Nərmin işi": "Qızın jaketini İlkinin paltarına sürtüblər"

"Nərmin işi": "Qızın jaketini İlkinin paltarına sürtüblər"Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Sənədlərin birindəki ekspert rəyində müstəntiqin istintaqa təqdim etdiyi uşaq şalvarından, ayaqqabısından təqsirləndirilən şəxsin gödəkcəsinin liflərinin tapıldığı göstərilib. Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarında da Nərmin Quliyevaya aid jaketin lifi tapılıb. Vəkillər həmin ekspertiza rəylərinə etiraz edərək bunun saxtalaşdırıldığını deyiblər: "Müstəntiq o cins şalvarı haradan tapıb ekspertizaya təqdim edib? Çünki nə şəkillərdə var, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkingilin evindən götürülən əşya və paltarların arasında. Olmayan cins şalvar ekspertizaya necə gedib çıxıb? İkincisi, məhkəmədə şahid ifadələri də təsdiq etdi ki, İlkinə aid isti alt paltarı o, saxlanılandan sonra alınıb, sonra da polis şöbəsinə təhvil verilib. Ekspert oradan Nərminin jaketinin lifini necə tapıb? Görünür İlkinin paltarlarını qoyublar qabaqlarına, Nərminin jaketini İlkinin paltarına sürtüblər, onunla da iş bitib".

Prosesdə vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Vəkil meyitin üstündəki qırmızı köynəklə ekspertizaya təqdim olunan köynəyin fərqli olduğunu bildirib: "Şəkillərdən də görünür ki, biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır". Bundan başqa, vəkillər ekspertizanın rəyi məlum olmamış ovaxtkı Baş prokuror Zakir Qaralovun Ombudsman və başqa aidiyyəti orqanlara məktub yazaraq İlkin Süleymanovgilin evindən Nərminə məxsus qan tapılması ilə bağlı epizoddan danışıblar: "Birincisi, hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə öncəgörənlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni II qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu II qrupdur".

Növbəti proses sentyabrın 21-ə təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1346   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 232
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 162
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 165
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.