Azərbaycanda vətəndaşı video ilə şantaj edən sayt işçiləri tutuldular

Azərbaycanda vətəndaşı video ilə şantaj edən sayt işçiləri tutuldularVətəndaşın pulunu ələ keçirən "patrul.az" xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olmuş müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə "Patrul.az" MMC-nin və eyniadlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1043   Tarix: 14 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Metrodakı problem sərnişinləri çətin vəziyyətdə qoydu

Bakı metrosunda baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə universitetlərin yerləşdiy

21.04.2026 534
.

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib. APA xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb. "İran atəşkəs rejimini dəfələrlə pozub", - Tramp bildirib. Qeyd edək ki, İran da ABŞ-ı dəniz blokadası tətbiq etməklə atəşkəsi pozmaqda günahlandırır

21.04.2026 365
.

Yeniyetmələr arasında cinayət artımı: qanunvericilik dəyişə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son vaxtlar yeniyetmələr arasında ağır cinayət halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu kimi hadisələr ictimai təhlükəsizlik, ailə nəzarəti və yeniyetmələrin davranışına təsir edən sosial faktorları yenidən gündəmə gətirir. Mövcud qanunvericiliyə əsasən, yetkinli

21.04.2026 321
.

Uşağa zor tətbiq edən valideyn və müəllimlər 200 manatadək cərimələnəcək

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlə

21.04.2026 417
.

Kuril adalarında 7,4 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, yerli seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanlar 20 apreldə Saxalin vaxtı ilə saat 18:52-də baş verib və ocağı 12 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra ərazidə dağınt

21.04.2026 242
.

Vəfa yenidən konsert verəcək

Müğənni Vəfa Şərofova yenidən konsert verəcək. xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. Konsert 28 may tarixində Sumqayıt şəhərində baş tutacaq. Xatırladaq ki, müğənni bir neçə gün öncə Opera Studiyasında da konsert proqramı ilə çıxış etmişdi

21.04.2026 391
.

Vardanyan xanımının Bakıya gəlməsini istəyir

Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb. O, həmin müraciətind

21.04.2026 481
.

Rusiya Ukraynanı bombaladı

Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində azı 15 nəfər yaralanıb. Yerli rəsmilərin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı yeniyetmələr də var. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, hücum gecə saatlarında şəhəri

21.04.2026 232
.

Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir

21.04.2026 377
.

TOP MP3