"Kontakt" bu dəfə də şəhid ailələrinin yanındadır
"Kontakt" mağazalar şəbəkəsi erməni təxribatı nəticəsində ötən gün şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və şəhid qəhrəmanlarımızın və onların ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir.
Şirkət "Vətən müharibəsi" dövründə hazırladığı "Qarabağ Proqramı"na uyğun olaraq bu dəfə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəsinə götürür.
"Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var. Bu borcu qismən də ödəmək üçün "Qarabağ Proqramı" çərçivəsində davamlı tədbirlər həyata keçiririk" deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, proqram çərçivəsində bu günə qədər şəhid və I qrup qazi ailələrinin ümumilikdə 267 563 manat məbləğində borcu şirkət tərəfindən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir. "Qarabağ Proqramı" barədə daha ətraflı məlumatı buradan ala bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1101 Tarix: 14 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metrodakı problem sərnişinləri çətin vəziyyətdə qoydu
Bakı metrosunda baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə universitetlərin yerləşdiy
21.04.2026 534 Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib. APA xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb. "İran atəşkəs rejimini dəfələrlə pozub", - Tramp bildirib. Qeyd edək ki, İran da ABŞ-ı dəniz blokadası tətbiq etməklə atəşkəsi pozmaqda günahlandırır
21.04.2026 365 Yeniyetmələr arasında cinayət artımı: qanunvericilik dəyişə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son vaxtlar yeniyetmələr arasında ağır cinayət halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu kimi hadisələr ictimai təhlükəsizlik, ailə nəzarəti və yeniyetmələrin davranışına təsir edən sosial faktorları yenidən gündəmə gətirir. Mövcud qanunvericiliyə əsasən, yetkinli
21.04.2026 321 Uşağa zor tətbiq edən valideyn və müəllimlər 200 manatadək cərimələnəcək
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlə
21.04.2026 417 Kuril adalarında 7,4 bal gücündə zəlzələ baş verib
Kuril adaları yaxınlığında 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, yerli seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanlar 20 apreldə Saxalin vaxtı ilə saat 18:52-də baş verib və ocağı 12 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra ərazidə dağınt
21.04.2026 242 Vəfa yenidən konsert verəcək
Müğənni Vəfa Şərofova yenidən konsert verəcək. xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. Konsert 28 may tarixində Sumqayıt şəhərində baş tutacaq. Xatırladaq ki, müğənni bir neçə gün öncə Opera Studiyasında da konsert proqramı ilə çıxış etmişdi
21.04.2026 391 Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb. O, həmin müraciətind
21.04.2026 481 Rusiya Ukraynanı bombaladı
Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində azı 15 nəfər yaralanıb. Yerli rəsmilərin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı yeniyetmələr də var. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, hücum gecə saatlarında şəhəri
21.04.2026 232 Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir
21.04.2026 377