Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb - RƏSMİ
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.
Bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 14 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO
Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. BİG.AZ Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyT
18:38 317 İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. "Qafqazinfo" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizala
12:17 257 Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək
ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq. xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyas
22:00 0 Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə
19:30 147 Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb
Azərbaycanda qeydə alınan 61 cinayətin üstü avqustun 7-də açılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, onlardan 17-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir
17:00 144 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
20:30 111 Gürcü ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaradıb
Ötən ilin avqustunda baş tutan Vaşinqton görüşü Cənubi Qafqaz regionunda sülh üçün möhkəm təməl yaradıb. Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin (GSAM) rəhbəri, siyasi şərhçi Valeri Çeçelaşvili deyib. O, Vaşinqton görüşünü bütövlükdə bölgə üçü
16:10 148 Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"
21:37 148 Ən çox turist bu rayona gedib
2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. Turizm gəlirlərinin artı
13:55 215