Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü (FOTOLAR)
Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis dünyasını dəyişib.
Gənc aqronom Rauf Bəkirovun ölüm xəbərini onun yaxınları sosial şəbəkədə paylaşıblar. O, bu gün yol qəzasında vəfat edib.
Rauf Bəkirovun həlak olduğu yol qəzasının təfərrüatı məlum olub.
Ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən "TR-045" markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn "Ford Transit"ə toxunaraq yolun kənarına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov "Binə Agro" şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.//Qafqazinfo.az



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1957 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMal əti BAHALAŞDI - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
19:18 264 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
20:30 129 Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmiş
Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Axşam.az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:. "
15:50 228 Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"
21:37 218 Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar
Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmi
16:50 154 17 yaşlı qızın nişanının qarşısı alındı
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Axşam.az-a bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlə
11:03 219 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO
Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. BİG.AZ Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyT
18:38 351 16 yaşlı Asimanın da meyiti tapıldı
Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb. "6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsi
12:01 307 Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər
15:40 167