Bolqarıstan qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilər
Bolqarıstan Cənub Qaz Dəhlizi ilə tədarük həcmini artırmaq və Azərbaycandan hər il iki milyard kubmetrə qədər qaz almaq niyyətindədir.
Bu barədə bazar günü ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov Bakıda keçirdiyi danışıqların yekunları üzrə Bolqarıstanın milli televiziyasına müsahibəsində bildirib.
"Onlar bizə ənənəvi tərəfdaş kimi Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsindən əlavə qaz payı verməyi təklif etdilər. Bu o deməkdir ki, biz uzunmüddətli müqavilə əsasında hər il 2 milyard kubmetr qaz ala biləcəyik. Azərbaycanla müddətli müqavilə bağlanacaq ki, bu da bizim tələbatımızın təxminən 60%-ni təşkil edəcək. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla qiymət, kəmiyyət, qaz təchizatı şərtləri və digər texniki parametrlər üzrə danışıqları davam etdirəcəklər. Lakin bizim üçün bu kəmiyyətləri indi bəyan etmək vacibdir", - deyə nazir vurğulayıb.
Stoyanov əlavə edib ki, tədarük həcmi 3-4 il ərzində artırıla bilər.
Həmçinin, nazir təsdiq edib ki, oktyabrın 1-dən Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisi başa çatdıqdan və onun istismarına icazə alındıqdan sonra Bolqarıstan hər il milyard kubmetr Azərbaycan qazı alacaq. Qazın elektrik enerjisi müqabilində tədarükü məsələsi də müzakirə olunur.
"Azərbaycanda elektrik enerjisi qazdan istehsal olunur və biz əsas elektrik enerjisi istehsalçısıyıq, onu ixrac edirik və izafi istehsala malikik. Ona görə də bizim Azərbaycana elektrik enerjisinin çatdırılması üçün fundamental imkanlarımız var və əvəzində, onlar bizə lazım olan qaz həcmlərini göndərəcəklər", - deyə Stoyanov bildirib.
Nazir izah edib ki, elektrik enerjisi və qazın barter tədarükünə dair razılaşmalar 4-5 ay ərzində həyata keçirilə bilər.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 654 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş16 yaşlı Asimanın da meyiti tapıldı
Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb. "6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsi
12:01 307 Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ
Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın
22:46 138 Ermənistanın keçmiş baş nazirinin oğlu saxlanıldı: Arvadını qısqandığı üçün qətl sifariş etdi
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan saxlanılıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Qeyd edilir ki, A.Abramyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın kürəkənidir. Daha əvvəl Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə
17:20 168 Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar
Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmi
16:50 154 "Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…
Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas
17:13 356 İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. "Qafqazinfo" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizala
12:17 267 Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası bildirib. Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəy
21:00 116 İSTİ GÜNLƏR BİTİR: Güclü külək və leysan gəlir - BU TARİXDƏN
Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. BİG.AZ -a istinadla xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır
16:39 275 Mal əti BAHALAŞDI - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
19:18 264