ABŞ İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etdi

ABŞ İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etdiABŞ Maliyyə Nazirliyi İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə və onun rəhbəri İsmayıl Xətibə qarşı sanksiyalar tətbiq edib.

Buna səbəb sözügedən qurumun Albaniyanın dövlət informasiya sistemlərinə kiberhücumda iştirakı olub.

ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, İsmayıl Xətibin rəhbərlik etdiyi İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi bir neçə kibercinayətkar qruplaşma şəbəkəsini idarə edir. Bu şəbəkələr "İranın siyasi məqsədlərini dəstəkləmək üçün" casusluq və qəsblə məşğuldur.

İran agentliyinin 2007-ci ildən "dünyada bir sıra dövlət və özəl təşkilatlara, eləcə də mühüm infrastrukturun müxtəlif sektorlarına qarşı cinayətkar kiber əməliyyatlar həyata keçirdiyi" iddia edilir.

Sanksiyalar qeyd edilən şəxslərin və onlarla əlaqəli fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasını, habelə hər hansı ticarət və ya maliyyə əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 468   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hamısı bağlandı, Azərtaş qaldı: Şuranın "görmədiyi" efir rəzaləti

Azərbaycanın audiovizual məkanında başlanan "mənəvi təmizlik" hərəkatı, təəssüf ki, ilk addımlarındaca ikili standartların və qeyri-şəffaf qərarların qurbanına çevrildi. Audiovizual Şuranın bir neçə tanınmış aparıcını efirdən uzaqlaşdırması cəmiyyətdə müsbət bir canlanma yaratsa da, Lalə Azərtaşı

21.04.2026 659
.

Metro problemi taksi qiymətlərini 3 dəfə artırdı

Bakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib. Trend-in məlumatına görə, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur. Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələba

21.04.2026 483
.

Tramp İrana qarşı hücumları dayandırır - atəşkəs uzadıldı

ABŞ prezidenti Donald Trump İranla bağlı atəşkəs rejiminin uzadılması qərarını verib. xarici mediaya istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb Şahbaz Şərifin müraciəti olub. Pakistanın Baş naziri Trampdan İrana qarşı hücumların dayandırılmasını xahiş edib. Tramp açıqlamasında bildirib: "İra

11:43 111
.

Rusiyanın iki böyük aviasiya layihəsi iflas astanasında

Amerikanın "19FortyFive" jurnalının müəllifi Ruben Conson Rusiyanın ən qabaqcıl aviasiya proqramlarından ikisinin iflas həddinə çatdığını iddia edib. xarici mediaya istinadən xəbər verir ki, söhbət Su-57 beşinci nəsil qırıcı təyyarəsi və gələcək strateji bombardmançı kimi nəzərdə tutulan Qabaqcı

10:40 139
.

Ukrayna bəzi Rusiya raketlərinin Çernobıl yaxınlığında uçduğunu və böyük qəza riski daşıdığını bildirir

Ukraynanın baş prokuroru Reuters agentliyinə bildirib ki, Rusiya Ukraynaya hücumlar zamanı istifadəsiz qalan Çernobıl nüvə stansiyasının yaxınlığındakı uçuş trayektoriyasına dəfələrlə dron və raketlər atıb və bu da böyük qəza riskini artırır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, baş prokuror Rusla

11:04 139
.

Broyler toyuqlarında xoşagəlməz dad: səbəblər nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar broyler toyuqlarının keyfiyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə bəzi hallarda bu ətin bişirildikdən sonra ağızda xoşagəlməz, "leş dadı"na bənzər bir dad buraxdığı qeyd olunur. Bu kimi hallar isə həm istehsal prosesində tətbiq olunan üsullar, həm də məhsulu

10:21 212
.

Vəfa yenidən konsert verəcək

Müğənni Vəfa Şərofova yenidən konsert verəcək. xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. Konsert 28 may tarixində Sumqayıt şəhərində baş tutacaq. Xatırladaq ki, müğənni bir neçə gün öncə Opera Studiyasında da konsert proqramı ilə çıxış etmişdi

21.04.2026 485
.

Dövlət işçiləri üçün WhatsApp qadağası

Avropada məlumat təhlükəsizliyi və kiberhücum riskləri səbəbindən WhatsApp və Signal dövlət işçiləri üçün qadağan edilir. -ın xarici mediaya istinadən xəbərinə görə, Fransa və Almaniyanın rəhbərlik etdiyi ölkələr həssas məlumatları qorumaq üçün bu tətbiqlər əvəzinə dövlət tərəfindən idarə olunan yerl

21.04.2026 471
.

12 illik həyat yoldaşından boşanır?

Aktrisa Kira Naytlinin boşanma ərəfəsində olduğu iddia edilib. Axşam.az xəbər verir ki, aktrisa musiqiçi Ceyms Raytonla 12 illik evliliyini bitirir. "Page Six"in məlumatına görə, bu yaxınlarda paparatsilər 42 yaşlı Raytonu Londonda velosiped sürərkən nikah üzüyü olmadan görüntüləyiblər. Fevrald

21.04.2026 494
.

TOP MP3