Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...

Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...Sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bir çoxumuz havanın ən kiçik dəyişikliyində belə özümüzü narahat hiss edirik. Havanın kəskin dəyişməsi - istilik, qəfil soyuq, şiddətli külək və ya leysan yağış isə sağlamlığımız üçün əsl imtahana çevrilir. Nəticədə orqanizmimiz bizim havadan asılı olduğumuzu – meteopatiyanı təsdiqləyir. Amma çoxumuz bəzən hava şəraitindən asılı bir insanın necə yaşaması və bu vəziyyətin simptomlarını yüngülləşdirməyin mümkün olub-olmadığını bilmirik. Məsələn, sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi. Hava dəyişkənliyinin yaratdığı fəsadları və hansı kateqoriya insanlara daha çox təsir etdiyini həkimlərlə söhbətimizdə aydınlaşdırmağa çalışdıq.

Qadınlar, yaşlılar, xroniki xəstəlikləri olanlar

Tibb elmi birmənalı sübut edib ki, havanın ani və kəskin dəyişikliyi ilk növbədə meteohəssas insanlara təsir edir. Kəskin dəyişiklik xüsusən, ürək və damar xəstəlikləri olan, insult, mikro vuruş və ya insultdan əvvəlki vəziyyətdən əziyyət çəkənlərə təsirsiz ötüşmür. Siyahıda qadınlar, yaşlılar, həmçinin xroniki xəstəlikləri olanlar üstünlük təşkil edir.

Nizami rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi Natiq Tarıverdiyevin sözlərinə görə, havaların isti keçməsi, kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə bağlı təcili yardıma müraciət edən insanlar az deyil: "Havanın kəskin dəyişikliyi meteohəssas insanlara mütləq təsir edir. Belə xəstələrə qarşı müvafiq tədbir görürük. Onlarda əsasən təzyiq düşür və ya qalxır, ürəyin döyüntüsü artır, halsızlıq olur. Kəskin istilərdə günvurmadan əziyyət çəkənlər müraciət edir. Belə havalar əsasən meteohəssas adamlar üçün təhlükəlidir. Meteopatiyadan əziyyət çəkən insanların isti və dəyişkən havada çölə çıxmamaları məsləhətdir. Təcili tibbi yardım ilk yardımı göstərir, amma onlar səhhətlərinə bələd olub özlərini qorumalıdırlar".

Fizioloji proseslərin aktivləşən vaxtı

Professor Adil Qeybulla bildirir ki, istənilən halda havaların kəskin dəyişməsi dövründə müxtəlif xəstəliklərin çəkisi artır: "Bu, müşahidə olunan mənzərədir. Bu cür hallar təbiətin dəyişməsinə qarşı baş verən proseslərə insanların biganə yanaşmasından yaranır. Hava kəskin dəyişəndə ayrı-ayrı xəstəliklər də kəskinləşə bilər. Xüsusən mədə-bağırsaq xorası, qastritlər, bronxial astma xəstəlikləri yaz və payız aylarında kəskinləşir. Hava dəyişkənliyi zamanı oyanan xəstəliklərin səbəbi immun sisteminin, orqanizmdə bioloji proseslərin özünün aktivləşməsidir. El arasında belə bir söz var - "qan qaynayan vaxt". Bu, elə-belə deyilməyib. Yəni fizioloji proseslərin oyanması vaxtı. Bütün canlı təbiət oyandığı kimi insanlarda da bu oyanıqlıq baş verir. Sadəcə, insan özünü təmin edir". Professor havanın kəskin dəyişməsinin insan orqanizminə təsirini belə izah edir: "İstər istidə, istərsə də soyuqda bədəndə xüsusi maddələr yaranır, orqanizmdə isti və soyuğa qarşı reaksiyalar baş verir. İstidən səpmə, allergik reaksiyalar olur. İstilərdən təngə gəlmiş insanlar kifayət qədərdir və onlar sərinlik axtarırlar. Bu zaman havanın kəskin soyumasına laqeyd yanaşarlarsa, onlarda soyuqlama baş verməsi ehtimalı daha yüksəkdir. Hava dəyişəndə geyim formasına mütləq dəyişiklik edilməlidir. Həmçinin evdə kondisionerdən istifadə məhdudlaşdırılmalıdır. Havaçəkən və ventilyasiya altında oturmamaq məsləhətdir".

A.Qeybulla qeyd edir ki, insanlar barometr kimi öz xəstəliklərini hamıdan yaxşı hiss edirlər, ona uyğun olaraq həm geyim formasının seçilməsi, həm də havanın təlatümlərinə qarşı orqanizmin davamlılığının artırılması ilə bağlı öz həkimləri ilə məsləhət etmələri vacibdir: "İnsanlar ilk növbədə havanın ümumi vəziyyətini nəzərə almalıdırlar. Bəzən payız vaxtı gündüz isti, axşam kəskin soyuq olur. Çox adamlar bu müddətdə üst geyimi düzgün seçmədiklərinə görə soyuqlayırlar. Yayda da müxtəlif xəstəliklər - mədə-bağırsaq pozuntuları, qida zəhərlənmələri baş verir".

Uşaqlar daha dözümsüzdür

Həkimlərin sözlərinə görə, meteoroloji asılılıq yalnız böyüklərdə deyil, uşaqlarda da inkişaf edə bilər və simptomlar qan dövranının pozulması və beyinin oksigen aclığı ilə əlaqələndirilir.

"Ümumiyyətlə, "meteohəssas" sözünü elə-belə işlətmirlər" deyən pediatr Vaqif Qarayev hava dəyişkənliyinin böyüklərdə sinir, ürək-qan damar sistemi, oynaq xəstəlikləri kimi xroniki xəstəliklərdən yan ötmədiyini deyir: "Bunlar illərlə davam edir. Revmatik xəstəlikləri olan, infarkt, insult keçirmiş və allergik problemli insanlara havanın kəskin dəyişməsi təsir edir. Çünki allergik problemlər yaz və payız aylarında kəskinləşir. Fəsillər dəyişdikcə, məsələn, yazqabağı və ya yaydan payıza keçəndə orqanizm özünü hazırlayır. Təbiət insanı elə yaradıb ki, iqlim dəyişikliyinə dözə bilsin və tez adaptasiya olsun, amma hava kəskin dəyişdikdə müxtəlif xəstəliyi olan insanlar əziyyət çəkir. Onların xəstəlikləri şiddətlənir. Böyük adamlar 40 dərəcə isti havada dura bilərlərsə, uşaqlar duruş gətirə bilməzlər, çünki onların dözümü yoxdur. İlk növbədə bu onların sinir sisteminə təsir edir. Uşaq orqanizmi istənilən temperatura öyrəşməlidir. Həm soyuq, həm isti havada ac olan uşaqlar tez xəstələnirlər. Çünki onlarda immunitet olmur". Həkim valideynlərə məsləhət görür ki, hava dəyişkənliyinə hazır olub, uşaqları ilə bağlı ehtiyatlı davransınlar: "Bir azdan məktəb başlayacaq. Hava səhər bir cür, axşam başqa cür olacaq. Valideynlər uşaqların çantalarına əlavə üst geyim qoymalıdırlar. Bu, böyüklərə də aiddir. Uşaqlar və müxtəlif xəstəlikləri keçirmiş insanlar temperatur dəyişikliyinə həssasdırlar".

Fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir

Təəssüf ki, havanın kəskin dəyişməsinin insanlarda yarada biləcəyi fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir. KİV də, səhiyyə də bu vəzifənin öhdəsindən layiqincə gəlmir. A.Qeybulla qeyd edir ki, ümumiyyətlə, maarifləndirmə işi bizdə nəinki səhiyyədə, həmçinin qida mədəniyyətində, insanların həyat tərzlərini düzgün seçmələrində, pis vərdişlərdən uzaqlaşmada, ekoloji problemlərlə bağlı da aşağı səviyyədədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.