Özəlləşdirmə hərracına daha 26 dövlət müəssisəsi çıxarılır
Oktyabrın 4-11-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə hərracları keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 4-də keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi, 11 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və 15 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 609 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər
Yanacaq qiymətlərində baş verən dəyişikliklər iqtisadiyyatın bir çox sahəsi kimi ictimai nəqliyyat sektoruna da birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Daşınma xərclərinin artması xidmətin maya dəyərinə, marşrutların fəaliyyətinə və sərnişinlər üçün göstərilən xidmətin keyfiyyətinə təsi
24.02.2026 484 Yağış, qar - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan
24.02.2026 470 Dərsliklər canlı təfəkkür üçün əvəzolunmaz olmalıdır
"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik kimi təqdim olunsa da, bir pedaqoq kimi bu qərarın ciddi fəsadlar doğuracağına inanıram. Kitab təkcə informasiya daşıyıcısı deyil; o, şagirdin təfəkkürünü formalaşdıran, diqqətini cəmləyən və onunla fizik
24.02.2026 340 "Bolt"da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı
Azərbaycanda "Bolt" platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər. "Qafqazinfo"
24.02.2026 369 Fars körfəzində ABŞ gəmisində qalmaqal
ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi olan USS Gerald R. Ford təyyarədaşıyan gəmisində İran sahilləri yaxınlığında kanalizasiya sistemində ciddi problem yaranıb. Məlumata görə, sistem nəcislə dolub. xarici mediaya istinadən xəbər verir ki, USS Gerald R. Ford gəmisində 650 vakuum tualet var v
24.02.2026 280 Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib, dağıntılar barədə məlumat yoxdur
Adanın hava idarəsi çərşənbə axşamı Tayvanın şimal-şərqindəki Yilan qraflığının sahillərində 5,6 bal gücündə zəlzələ baş verdiyini və dağıntı barədə heç bir məlumat verilmədiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zəlzələ paytaxt Taypeydə binaları qısa müddətə silkələyib. Hava idarəsini
24.02.2026 264 Xameneinin ölümü şiə icmalarını birləşdirə bilər
ABŞ-ın İrana hərbi müdaxilə ehtimalları və Xameneinin öldürülmə planlarının müzakirə olunduğu bir vaxtda İraqın nüfuzlu şiə dini lideri Ali əl-Sistani ABŞ hücumu halında cihad elan ediləcəyinə dair fətva verib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Sistani Nəcə
24.02.2026 530 Dubaydan gələn biznesmen Bakı aeroportunda tutuldu: 144 minlik qızıl, 56 min cərimə
Dubaydan qaçaqmal qızıl gətirən biznesmen Bakı hava limanında saxlanılıb. -ın məlumatına görə, 56 yaşlı Yevlax rayon sakini Füzuli Əzimov (ad və soyad şərtidir) Birləşmiş Ərəb Əmirliyindən gətirdiyi külli miqdarda qızılı gizli yolla Azərbaycana keçirməyə cəhd edib. İttiham aktına görə, gətirilən qızılı
24.02.2026 492 2050-ci ilə qədər yaşayanlar bu 8 texnoloji sıçrayışa şahid ola bilər
Texnologiya dünyası hər il yeni bir mərhələni geridə qoyur. Alimlər, startaplar və nəhəng şirkətlər bəşəriyyətin gələcəyini yenidən formalaşdıra biləcək layihələr üzərində çalışırlar. Qaynarinfo xəbər verir ki, 2050-ci ilə qədər reallaşması mümkün hesab edilən bəzi yeniliklər gündəlik həyatdan qloba
24.02.2026 385