Yayılan yeni virusun ÖLÜMCÜL TƏHLÜKƏSİ: UŞAQLAR HƏDƏFDƏ - VİDEO
Son zamanlar uşaqlar və böyüklər arasında ishal, ürəkbulanma, yüksək hərarət ilə müşahidə olunan virus yayılıb.
Kimisi bu virusu "KORONA", kimisi "OMİCRON", kimisi də "ROTAVİRUS " adlandırır.
Maraqlıdır, bu virusun mənşəyi nədir, sağalma müddəti necədir?
Xezerxeber.az-ın məlumatına görə, infeksionist Azər Nağıyev deyib ki, son zamanlar yayılan bu xəstəliyə "rotavirus" deyirlər:
"İnsan bu xəstəliyə çox qısa bir zaman ərzində yoluxur. Bu virus bağırsaqların selikli qişasımı zədələyir. Hətta buna el arasında "bağırsaq qripi" də deyirlər. Xəstəlik çox uzun çəkmir. 3-7 gün davam edir".
Bəzi vətəndaşlar xəstəliyin ilk simptomlarını hiss edən kimi antibiotiklərdən istifadə edir, həkim təyinatı olmadan sistem qoşdurular.
Azər Nağıyevin sözlərinə görə, xəstələrin evdə, özbaşına müalicə olunmaları ağır fəsadlara səbəb ola bilər:
"Bəzən insanlar apteklərə müraciət edirlər və ya özləri antibiotik preparatları istifadə edirlər. Bu çox səhv fikirdir. Belə xəstələrin imalə olunması yanlışdır. Dediyim kimi bu, bağırsaq virusudur və bağırsağın selikli qişasını zədələyir. Zədələnmiş bağırsağı da imalə etmək düzgün deyil. Çoxlu miqdarda maye qəbul etmək, giləmeyvə mürəbbələri, limonlu çay, qızdırma olan hallarda qızdırmasalıcı dərmanlardan istifadə edə bilərlər. Amma bundan artıq ev şəraitində heç bir dərman preparatını qəbul etməyə icazə verilmir. Çünki fəsadları, ağırlaşmaları ola bilər".
İnfeksionist Aynur Musayeva deyir ki, rotavirus 3-5 yaş qrupunda olan uşaqlar üçün daha təhlükəlidir:
"Rotavirus infeksiyası ən çox 3 yaşından 5 yaşına qədər olan uşaqlarda daha çox rast gəlinir. Hərarət 38-40 dərəcəyə qədər qalxır. Xüsusən də körpə uşaqlarda çox ağır keçir, onlarda hipovolemik şok ola bilər. İshal, qusma olur, onların bədənində su-duz mübadiləsi itir. Uşaq 5-6 dəfə qusur, 8-10 dəfə böyük bayıra gedirsə bu uşaqlara vena daxilinə sistem qoşulmalıdır. Pəhriz mütləq olunmalıdır, bulyonsuz yeməklər, düyü həlimi yeməlidirlər. Körpə uşaqlara isə südsüz uşaq yeməklər verilməlidir".
Həkimin sözlərinə görə, xəstəliyin gedişatında zaman əsas rol oynayır. Xəstəlik 2-3 gün ərzində keçməzsə, ağırlaşmağa doğru gedərsə, o zaman həkimə mütləq müraciət olunmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1285 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 173 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188