"Mehnur" reabilitasiya mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı qərarının ləğvi tələb olundu
Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.
APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər üç şəxs barəsində məhkəmə qərarından apellyasiya şikayəti verib.
O, apellyasiya şikayətində hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Artıq şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilib. Yaxın günlərdə zərərçəkmişin şikayətinə baxılacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıblar. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər üç təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 600 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oruc tutanda bədənimizdə hansı dəyişikliklər olur?
Artıq bir neçə gündür Ramazan ayı başlayıb. Bir çox insan oruc tutur. Bəs, oruc sağlamlığa necə təsir edir?. Axşam.az xəbər verir ki, 30 gün oruc tutduqdan sonra insanın bədənində bir çox şeylər dəyişir. İnsan bədəni oruc tutduğunu yalnız son yeməkdən 8 saat sonra anlaya bilər. Yəni, bağırsaqlar so
24.02.2026 513 İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?
Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir. Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir. Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir
24.02.2026 425 Niyə mahnılar daim başınızda ilişib qalır? - elm adamları sirri açdılar
Bir çox insan reklam melodiyalarını uzun müddət beynindən çıxara bilmir. Kanadalı alimlərin apardığı yeni araşdırma göstərir ki, bunun səbəbi təsadüf deyil. Məsələ melodiyaların arxasında gizlənən riyazi simmetriyadadır. xarici mediaya istinadən xəbər verir ki University of Waterloo alimləri musiqin
24.02.2026 400 İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər
Yanacaq qiymətlərində baş verən dəyişikliklər iqtisadiyyatın bir çox sahəsi kimi ictimai nəqliyyat sektoruna da birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Daşınma xərclərinin artması xidmətin maya dəyərinə, marşrutların fəaliyyətinə və sərnişinlər üçün göstərilən xidmətin keyfiyyətinə təsi
24.02.2026 495 Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib, dağıntılar barədə məlumat yoxdur
Adanın hava idarəsi çərşənbə axşamı Tayvanın şimal-şərqindəki Yilan qraflığının sahillərində 5,6 bal gücündə zəlzələ baş verdiyini və dağıntı barədə heç bir məlumat verilmədiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zəlzələ paytaxt Taypeydə binaları qısa müddətə silkələyib. Hava idarəsini
24.02.2026 265 Kıvanç Tatlıtuğ məhkəməyə çağırıldı
Məşhur aktyor Kıvanç Tatlıtuğ, 2025-ci ilin avqust ayında Mərmərə dənizində yaxtası ilə itkin düşən və daha sonra meyiti tapılan iş adamı Halit Yukayın ölümü ilə bağlı açılan məhkəmə işində şahid qismində iştirak edib. Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor ifadə vermək üçün Balıkesirin Erde
24.02.2026 473 CBS News: "Tramp İrana qarşı mövcud olan məhdud hərbi seçimlərdən narahatdır"
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantların "məhdud" qalması və müşavirlərinin bunun "uzunmüddətli münaqişəyə" səbəb ola biləcəyi barədə xəbərdarlıq etməsi səbəbindən narahat olduğu irəli sürülüb. CBS News-un məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə
24.02.2026 316 Dünya təcrübəsi Azərbaycanda: təqaüdçülər öz bankını seçə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində təqaüdçülər öz pensiyalarını istədikləri bankdan ala bilirlər ki, bu da həm onların seçim azadlığını təmin edir, həm də banklar arasında rəqabəti gücləndirərək xidmət keyfiyyətini artırır. Belə sistemdə vətəndaşlar öz rahatlıqlarına və üstünlüklərinə uyğun bankı seçə bilir
24.02.2026 460 Hindistan Rusiya qırıcılarını alacaq
Hindistan hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarələrini almaq imkanlarını araşdırır və 40-a qədər təyyarə ala bilər. xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı mənbələrə istinadən məlumat yayıb. Mənbəyə görə, Su-57-nin alınması artan regiona
24.02.2026 358