Kraliça II Elizabetin Ginnes rekordları...
Xəbər verdiyimiz kimi, sentyabrın 8-də 96 yaşlı Britaniya kraliçası II Elizabet vəfat edib. 70 il öncə taxtda əyləşən Kraliça II Elizabet aradan keçən uzun müddət ərzində dəfələrlə Ginnes Rekordlar Kitabına düşüb.
Axşam.az xarici mediaya istinadən Kraliçanın Ginnes rekordlarını təqdim edir:
II Elizabet 21 dekabr 2007-ci ildə həyatının 81 il 244-cü günündə Britaniyanın ən yaşlı Kraliçası ünvanının sahibi olub.
Bundan başqa, o, dünyanın ən uzun müddət hökm edən Kraliçasıdır. II Elizabet 9 sentyabr 2015-ci ildə 63 ildən çox taxtda oturan hökmdar kimi Kraliça Viktoriyanın səltənət müddətini geridə qoyub.
Həmçinin, o, 2015-ci ildə rekordun öncəki sahibi Səudiyyə Ərəbistanının kralı Abdulla Bin Əbdüləziz əl-Suudun 90 yaşında ölməsi ilə dünyanın ən yaşlı hökmdarı olub. Kraliça dünyanın dördüncü ən uzunmüddətli hökm sürən hökmdarı olmaqla yanaşı, ən uzun müddət taxtda oturan şəxsdir.
Ginnes Rekordlar Kitabına görə kraliça eyni anda 16 azad ölkənin qanuni hökmdarı olub. Bu da onu dünyanın ən güclü qadınları sırasında ilk pilləyə yüksəldib. Kraliçanın rolu simvolik olsa da, 139 milyondan çox şəxs onu hökmdar olaraq tanıyıb.
Bildirilir ki, kraliçanın görüntüsü ən az 35 fərqli ölkənin dəmir pulunda yer alıb. Bu say Kraliça Viktoriya üçün 21, Kral Corc V üçün isə 19 idi.
"The Sunday Times" qəzeti 2012-ci ildə Kraliçanın sənət əsərləri, zinət əşyaları və mülklər də daxil olmaq üzrə sərvətinin 504 milyon dollar olduğunu bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 776 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 173 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188