İnstaqramda 50-ə yaxın vətəndaşın şəkillərini ələ keçirərək şantaj edən şəxs tutulub
İnstaqramda xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta instaqram hesablarında yaydığı barədə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib.
Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək "köməyini" təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
"Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq", - məlumatda qeyd edilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1065 Tarix: 08 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəbii qazın qiyməti bahalaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin sentyabrında çatdırılma şərti ilə təbii qaz üzrə fyuçerslərin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 0,83% artaraq 2,66 ABŞ dollarına çatıb
08.08.2026 173 Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib. "Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçi
08.08.2026 139 Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası bildirib. Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəy
08.08.2026 136 Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib. "Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib. Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş v
08.08.2026 178 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa məktub ünvanlayıb. BİG.AZ -a istinadən məktubu təqdim edir:. "Hörmətli cənab Prezident,. Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasınd
08.08.2026 155 Bu tarixdən havalar dəyişir - İSTİLƏR BİTİR
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir. Mövzu ilə bağlı -a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib. Onun sözlərinə görə, ayın 5-6-sı
00:13 138 Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə
08.08.2026 180 Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər
08.08.2026 171 Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib
Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi real nəticələrə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib. "Bi
08.08.2026 163