Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? - ARAŞDIRMA

Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? - ARAŞDIRMAAzərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Hər il olduğu kimi, bu il də vahid məktəbli forması məsələsi gündəmi zəbt edib.

Bu formanın tikilməsi ilə məşğul olan "Bakı Tikiş Evi" ASC-nin qarşısında hər gün izdiham yaşanır. Səhmdar cəmiyyəti izdihamı azaltmaq, valideynlərin formaları rahat əldə etməsi üçün məhsullarının bir qisminin satışını supermarketlərdə həyata keçirsə də, forma ilə bağlı narazılıq var və bunu sosial şəbəkələrdən də hiss etmək mümkündür. Bəs Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? Bu işlə digər tekstil müəssisələri niyə məşğul olmur?

"Report" bu məsələni araşdırmağa çalışıb.

"Nazirlik formanı haradan almaq məsələsinə qarışmır"

Azərbaycanda məktəbli formaları ilə bağlı problemdən təhsil naziri Emin Əmrullayev məlumatlıdır. Nazir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum yalnız formaların nümunəvi qaydada olmasına nəzarət edir, onu haradan almaq məsələsinə qarışmır: "Təbii ki, burada məcburiyyət yoxdur, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Məsələyə baxıla və ölçü götürülə bilər".

"İnhisarçılığa təcili son qoyulmalıdır"

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, "Bakı Tikiş Evi" bütün məktəbliləri vahid forma ilə təmin etmək üçün bir neçə ay öncədən işə başlamalı idi, amma bu, mümkün olmayıb:

"Çünki gözlənilmədən məktəbli formasının dizaynının dəyişdirilməsinə qərar verilib və fabrik istehsala bu günlərdə başlamalı olub. Buna görə də, təchizatda çətinliklərin yaranması təbiidir. Düşünürəm ki, bu məsələdə inhisarçılığa təcili son qoyulmalı, digər oyunçuların da bu bazara daxil olmasına şərait yaradılmalıdır. Söhbət 1 milyondan çox şagirdin forma ilə təchiz edilməsindən gedir və bir fabrik bunu qısa müddətdə edə bilməz. Məktəbli formalarının tililməsi ilə yalnız "Bakı Tikiş Fabriki"nin məşğul olması həm də bazara keyfiyyətsiz formaların çıxmasına şərait yaradır".

"Məktəbli formalarının ehtiyatı yaradılmalıdır"

Onun sözlərinə görə, gələcəkdə digər məhsullar kimi məktəbli formalarının da ehtiyatı yaradılmalıdır ki, bazarda çatışmazlıq olmasın:

"Bunun üçün isə formaların tikilməsi hansısa formada təşviq edilməlidir. Bu sahəyə xüsusi güzəştlər də verilə, sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər çərçivəsində ehtiyatlar yaradıla bilər. O cümlədən fabriklərin 5-6 ay əvvəlcədən təsdiq edilmiş standartlara uyğun məhsullar istehsal etməsi, avqust-sentyabr aylarında bazara təklif etməsi üçün dövlət dəstəyinə ehtiyac var".

"Bakı Tikiş Evi" inhisarçı olmadığını deyir

"Bakı Tikiş Evi"nin satış üzrə müdiri Etibar Əzimov isə deyir ki, əksər valideynlər forma almaq üçün onlara üz tutur, amma bu, o demək deyil ki, fabrik bazarda inhisar yaradıb:

"Bu azad bazardır, istənilən şəxs məhsullarını bazara çıxara bilər. Məktəbli formalarının dizaynı ilə bağlı qərar gec qəbul olunduğu üçün yeni tədris ilinə iki ay qalmış istehsala başladıq. Hazırda bütün Bakı bizə müraciət edir. Biz də var gücümüzlə formaları tikməyə çalışırıq. Gün ərzində 1 000-1 500 uşaq üçün forma hazır edirik. Bizimlə heç kim müqavilə bağlamayıb, heç kim plan qoymayıb, heç kim sifariş verməyib. Biz öz təşəbbüsümüzlə tikirik. Parçanı başqa ölkədən böyük çətinliklərlə parçanı gətiririk. Bankdan kredit alırıq, tikib veririk. Biz adətən ordunun və polisin formalarını tikirik. Hazırda isə çalışırıq ki, uşaqların formalarını çatdıraq. Bəyan edilib ki, 1-4-cü siniflərin uşaqları formanı geyinməlidir. Bütün direktorlar da valideynləri göndərirlər ki, alsınlar".

"Sifariş olanda biz də tikirik"

"Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babeyeva isə deyir ki, onlar məktəbliləri forma ilə təchiz etməyə hazırdırlar, amma bunun üçün sifariş olmalıdır:

"Biz uzun illərdir ki, bu işlə məşğul oluruq, sifariş olanda biz də məktəbli forması tikirik. Valideynlər bizə müraciət edə bilər. Sadəcə onlar tələsir, həm də məktəbli formaları ilə bağlı ölkədə yalnız bir müəssisə ad çıxarıb, sanki bu fabrikə yönləndirmə həyata keçirilir. Halbuki, bazarda biz və bizdən başqa da istehsaçılar var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 07 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 123
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.