Bakıda QƏRİBƏ HADİSƏ: Paltarını ütüləməyən arvadını döydü, 12 manatla canını qurtardı
Bakı şəhəri, Nizami Rayon Məhkəməsi paltarını ütüləmədiyi üçün arvadını döyən kişi ilə bağlı qərar verib.
"Qaynarinfo" xəbər verir ki, avqust ayının 6-da Murad (ad şərtidir) paltarını ütüləmədiyi üçün keçmiş həyat yoldaşı Xatirəni (ad şərtidir) döyüb.
Təqsirləndirilən şəxslə həyat yoldaşı arasında 6 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində paltarın ütüləməməsinə görə mübahisə yaranıb. Bu zaman Murad qadının ünvanına nalayiq ifadələr işlədib, döşəmə taxtası ilə onun sol qolundan, təpiklə isə ayaq nahiyəsindən vurub. Zərərçəkmişə sol bazunun hematoması və sıyrığı, hər iki baldırın qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər diaqnozu qoyulub.
Hadisədən dərhal sonra Murad saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. İş Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirib ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə (təqsirləndirilən şəxs) barışıb və şikayəti yoxdur, bir daha onu təhqir etməməsini tələb edir, buna görə də məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir.
Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilib. Hər iki tərəf cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
Sonda məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib. Murada məhkəmədə 2 saat pulsuz hüquqi yardım göstərildiyi üçün 12 manat tutularaq Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsinə qərar verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1243 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 202 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
08.11.2026 180