Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı

Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldıKulis.az məşhur ifaçı Akif İslamzadə haqqında maraqlı faktları təqdim edib.

Akif Qədir oğlu İslamzadə avqustun 8-də 1948-ci ildə Bakıda Musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl fondu"nda saxlanılır.

İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.

O, 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-93-cü illərdə Bakı Şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin" və "Bu gecə" mahnıları diqqətləri cəlb edib.

120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.

Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyurlar. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:

"1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular – bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. İki-üç aydan sonra ümumiyyətlə bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar".

Akif İslamzadə ilə yaxın dost olan professor Rafael Hüseynov sənətkarın xəstəliyinin ilkin vaxtlarında Akiflə söhbətlərindən birini belə xatırlayır:

"Vaxtdan uca" kitabım yeni çapdan çıxmışdı. Bir axşam o kitab münasibətilə Akifin böyük qardaşı Faiq İslamzadə bizə qonaqlıq verirdi. İllər irəlilədikcə Akif bu səs itkisinə asta-asta alışdı, taleyi ilə barışdı. Amma o vaxt, hər şey hələ lap təzə-təzə olduğuna görə sarsıntı, həyəcan, nigaranlıq dəhşətli dərəcədə çox idi. O günlərdə bir dəfə Akif mənə söylədi ki, qorxuram, dəli olam. Niyəsini soruşdum. Dedi, o qədər fikir eləyirəm, bir də ayılıram ki, özüm özümlə danışıram. Zarafata saldım ki, bu lap əladır. Axmaq adamla, səviyyəsizlərlə danışmaqdansa özünlə nə qədər çox danışsan, o qədər yaxşıdır. Gülüşdük, sonralar Akif bu sözümü tez-tez iqtibas gətirərdi".

Müğənni haqqında yayılan şayiələrdən biri də onun məşhur diktor Nailə İslamzadə ilə ər-arvad olması olur. Onların soyadlarının eyni olması bu söz-söhbətə rəvac verirdi. Nailə xanım bu barədə bir müsahibəsində bunları söyləyib:

"Əvvəllər Akif İslamzadəni həyat yoldaşım kimi tanıyırdılar. İslamzadə məşhur soyad idi. Akif bəyin həyat yoldaşının da adı Nailə idi. İndiyə qədər də mənə deyirlər ki, heyif, həyat yoldaşınız oxumur. Cavab verirəm ki, həyat yoldaşım heç zaman oxumayıb".

Akif İslamzadə dövrünün ən yaxşı müğənnilərindən biri olduğundan onu toya çağırmaq da dəb halını alıb. O dövrdə müğənnilər toya 500 manata gedəndə Akifi 1000 manata aparırmışlar. Qəribədir ki, toya getdiyi ilk günlərin birində müğənninin anası Sara xanımın ona bir nəsihəti olur: "Oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə "svidaniya" verəsən, südümü sənə halal etmərəm". Bundan sonra müğənni ona toylarda verilən nömrə kağızlarını cırıb atırmış.

Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlarından olub. O zamanlar pal-paltar defisit idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.

Xanəndə heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb. Uzun illər keçəndən sonra isə xanəndə səsinin tutulmasından peşman olmadığını, hətta hazırda səhnədə olmadığı üçün çox rahat olduğunu dilə gətirib.

Müğənni "Ala gözlüm", "Ötən günlərimi qaytaraydılar", "Bura Vətəndir", "Gəl bizim dağlara", "Hər şey gözəldir həyatda", "Sarı gəlin", "Qaragilə" kimi mahnılarla böyük şöhrət qazanıb.

Ancaq ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluya məxsus olan "Ala gözlüm" mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:

"Nigar xanım mahnını eşitmişdi. Səsi studiyada yox, ev şəraitində yazdıq. Piano ilə Emin Sabitoğlu özü müşayiət edirdi. Yazıb Nigar xanıma qulaq asdırmışdılar. Və mən bu günə kimi düşünürəm ki, biz günaha batmışıq. Bəlkə də, xanım qulaq asan kimi başa düşüb ki, Rəsul dünyasını dəyişib..."

Bu günə qədər heç bir fəxri adı olmayan Akif İslamzadə bu barədə müsahibələrinin birində deyir:

"Mən nə Əməkdar artistəm, nə Xalq artisti. Bu adı alanlara da rişxənd etmirəm. Çünki elə mühitdə böyümüşəm ki, dövlət təltiflərinin bəhrəsini görən adamam. Nəslimizdə iki nəfər Xalq artisti adını daşıyıb. Rəhmətlik Sara xanım Azərbaycanda sənətkara verilən bütün mükafatları alıb. Bu adı almağın xeyrini də bilirəm, məsuliyyətini də. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Onun dövründə mədəniyyət idarəsinin rəisi idim. Fəxri ad istəsəydim, öz adımı birinci yazardım. Hətta Əbülfəz Elçibəylə bu barədə söhbətimiz olmuşdu. Ümumiyyətlə, keçmiş günlər barədə nostalgiyam yoxdur. Allah nə verib, nə yazıb, yaşamışam. Qismət olub, həyatın şirinini də görmüşəm, acısını da. Heyif, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Allahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Səsimin batmasına görə Yaradana üsyan etməmişəm. Əstəğfürullah! Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Allaha üsyan etməmişəm. Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifalardır. İstəyirəm ki, heç olmasa, bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacaqları mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1444   Tarix: 07 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 123
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.