İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik etdi
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli xanım Baş nazir, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsi xüsusi məmnunluq doğurur.
Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Ölkənizi təmsil edən şirkətlər, o cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan bp Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTayland: Kamboca sərhəddə qumbaraatanla atəşkəsi pozub
Tayland ordusu Kambocadan ərazisinə qumbaraatan atıldığını iddia edərək, Pnompen hökumətinin atəşkəsi pozduğunu və özünümüdafiə məqsədilə cavab verdiyini iddia edib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında yayımlanan açıqlamada Taylan
24.02.2026 489 Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb. Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir
24.02.2026 536 ABŞ-ın İrana zərbə ehtimalı gündəmdə
The Guardian nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Trump administrasiyası İrana qarşı mümkün hava zərbələri variantını ciddi şəkildə müzakirə edir. Lakin hələlik yekun qərar qəbul edilməyib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Ağ Ev daxilində fikir ayrılığı mövcuddur: bəzi rəsmilə
24.02.2026 299 Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ
Kim Kardaşyana bənzəmək üçün keçirdiyi onlarla estetik əməliyyatla dünya mətbuatının diqqət mərkəzində olan 34 yaşlı realiti-şou ulduzu və sosial media fenomeni Cordan Ceyms Park, Londonda yaşadığı rezidensiyada ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, "Dodaq Kralı" (Lip King
24.02.2026 717 Məktəblərdə əlavə iş dəftərləri: valideynlər bahalı yük altında qalıb - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlər məktəblərdə şagirdlərə əlavə iş dəftərləri və müxtəlif test vəsaitlərinin alınması məsələsi müzakirə mövzusuna çevrilib. Dərs proqramından kənar təqdim olunan bu materialların baha olması bir çox ailələr üçün ciddi maliyyə yükü yaradır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçü
13:25 0 Sabah hava belə olacaq
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal
12:44 114 İşinə olan sevgi insana nə verir? - Alimlərdən heyrətamiz kəşf
Kanadanın 7 universitetinin alimlərinin apardığı araşdırma göstərir ki, işə sevgi adlandırılan dərin emosional bağlılıq sağlamlıq və rifah üzərində təkcə işdən məmnunluq hissindən daha güclü təsirə malikdir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaçılar 1800 işləyən insan üzərində müşahidələrin
24.02.2026 450 ABŞ prezidenti Donald Tramp konqresdəki çıxışı zamanl önəmli mesajlar verdi
ABŞ prezidenti Donald Trump 24 fevral 2026-cı ildə Konqresdə ölkənin vəziyyəti ilə bağlı illik müraciətlə çıxış edib. Təxminən 1 saat 48 dəqiqə davam edən çıxış ABŞ tarixində ən uzun Konqres müraciətlərindən biri kimi qiymətləndirilir. Prezident çıxışını "Amerikanın qızıl dövrünün başlanğıcı"
10:49 169 CBS News: "Tramp İrana qarşı mövcud olan məhdud hərbi seçimlərdən narahatdır"
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantların "məhdud" qalması və müşavirlərinin bunun "uzunmüddətli münaqişəyə" səbəb ola biləcəyi barədə xəbərdarlıq etməsi səbəbindən narahat olduğu irəli sürülüb. CBS News-un məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə
24.02.2026 322