Veqanizmi qəbul edən valideynlərin körpəsi ACLIQDAN ÖLDÜ
ABŞ-ın Florida ştatında vegan ana Şeyla O'Liri 18 aylıq oğlu Ezranın qida çatışmazlığı nəticəsində ölümünə görə "qətl"də təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqı aparan müstəntiqlər ailənin yalnız çiy meyvə və tərəvəz yediyini, uşağın ana südü ilə qidalandığını bildiriblər.
Lakin 18 aylıq Ezra dünyasını dəyişəndə 7 aylıq və cəmi 8 kiloqram çəkiyə malik idi. Həkimlər qeyd ediblər ki, körpə həyatının son həftəsində ümumiyyətlə qidalanmayıb. Bildirilib ki, vegan qadının digər iki övladı və əri, 3 və 5 yaşlı Rayan Patrik O'Liri də qida çatışmazlığına məruz qalıb.
Uşaqların anaları tərəfindən əsasən manqo, banan, avokado və tropik rambutan meyvələri ilə qidalandığı bildirilir.
Cütlüyün körpənin ölümündən bir qədər əvvəl ağlamasına biganə qaldıqları məhkəmə materiallarında da öz əksini tapıb. Körpənin son vəziyyətini "həmişə ağlayan zəif uşaq" olaraq təyin edən prokurorlar vegan ananın Ezranın fəryadlarına məhəl qoymadığını və uşağın sümüklərinin çıxdığını anlamaq üçün tərəziyə ehtiyac duymadığını vurğuladılar.
Polisin verdiyi məlumata görə, Ezra nəfəs almaqda çətinlik çəkəndə ana südü ilə qidalanırdı.
Üç övladının ən kiçiyini qida çatışmazlığından itirən və digər ikisini xəstələndirən valideynlər Şeyla və Rayan Patrick O'Liri indi buna görə həbsdədirlər. Atanın da ağır cəza alacağı deyilir.
Əri və ailəsi ilə ciddi veqan pəhrizinə riayət edən Şeyla O'Liri iyun ayında 6 cinayətdə təqsirli bilinib. Vegan qadınEzranın ölümü və digər iki uşağının qidalanmaması ilə bağlı ağırlaşdırılmış uşaq istismarında günahkar bilinib.
Bu işdə vegan ananın cəzası əvvəllər dörd dəfə təxirə salınmışdı. Ata Ryan Patrick O'Liri hazırda həbsxanadadır və eyni ittihamlarla məhkəməni gözləyir. Məhkəmə sənədlərinə görə, Sheila O'Lirinin başqa bir kişidən olan ilk övladı daha əvvəl, yenə qida çatışmazlığı səbəbindən atasına qaytarılmışdı. Atası ilə birlikdə yaşayan oğlanın səhhətinin yaxşı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, veganizmi qəbul edənlər qətiyyən ət yemirlər, heyvan mənşəli bütün məhsulları da rədd edirlər, yalnız tərəvəz, paxlalılar və meyvələr yeyirlər.
1944-cü ildə britaniyalı fəal Donald Uotson "Veqan cəmiyyəti" adlı qeyri-kommersiya təşkilatı qurub. O, veqanizmin heyvanlar aləminin istismarının bütün formalarını rədd edən və bitkilər aləminin məhsulları ilə yaşam tərzi olduğunu deyirdi.
Amma ekspertlər hesab edir ki, sağlam və balanslı qidalanmada zülal qəbul etmək vacibdir və bunun yolu heyvani qidalardan istifadə etməkdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1413 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 380 Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar
Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on
01.11.2026 463 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 160 5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 192 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 448 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 216 Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
08.11.2026 184 Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 378 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 259