İnternetin qiymət artdı, bəs sürət necə? - ARAŞDIRMA

İnternetin qiymət artdı, bəs sürət necə? - ARAŞDIRMARəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s paketinə keçiblər. Nəticədə, əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s tarifinin ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi 30 Mb/s qədər artdığından qiymət də 12,5 manatdan 18 manata kimi artıb.

Qurumlar sürətin artdığını iddia etsə də, insanlar narazıdır. Onların fikrincə, sürətdə heç bir artım yoxdur. Bəs reallıqda necədir? İnternetin sürəti artırılıb deyə qiymətlər bahalaşıb?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli açıqlamasında bildirib ki, optik internet daha güclüdür:

"4 və 10 mb olan internet köhnə standartdır. Daha çox ev müştərilərinin istifadə etdiyi, telefon rabitə xətləri üzərindən verilən internetdir. Azərbaycanda köhnə internet standartı asimmetrik olaraq çalışırdı. Yəni endirmə və yükləmə sürətləri heç vaxt eyni olmurdu. "Aztelecom" və "Baktelecom" son illərdə ölkə, daha çox paytaxt ərazisində, demək olar ki, bütün mənzilləri optik internet- GPON texnologiyası ilə təmin etdilər. Optik kabellər və telefon xətti ilə verilən internet müqayisə oluna bilməz. Optik internetin həm endirmə, həm yükləmə tərəfləri daha əlverişlidir".

Ekspertin fikrincə, internetin qiyməti elə də baha deyil:

"İnternet sürəti qalxacaqsa, qiymət də avtomatik olaraq qalxmalıdır. Böyük bir qiymət artımı müşahidə olunmur. Provayderlərin qiymətlərinə nəzər saldıqda görürük ki, standart qiymətlərdir. Sadəcə, internet texnologiyası, standartlar dəyişir, optik internetə keçirik deyə, qiymətlər də avtomatik olaraq qalxır. Telefonla verilən internetin qiymətinin provayderlərin qiymətlərindən aşağı olduğunu düşünürəm".

F.Rəcəbli bildirdi ki, köhnə standart ilə yenisi arasında 5 dəfə sürət fərqi var:

"Düzdür, istifadəçilər deyirlər ki, keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Lakin bu, doğru yanaşma deyil. Çünki internetlə təmin olunmuş istənilən mənzilə yaxınlaşıb internetin sürətini test etsəniz, keyfiyyəti görəcəksiniz. Heç bir halda ola bilməz ki, əvvəlki ilə yeni internet standartı arasında minimum 5 dəfə fərq olmasın".

İT mütəxəssisi qeyd etdi ki, internetin sürətinin qaldırılmasına ehtiyac var idi:

"Artıq yüksək sürətli internetdən istifadə etmək lazımdır. Ev əşyalarımızın bir çoxunun internetə çıxışı var. Smart tv və digər ev əşyaları işlədirik. Yüksək sürəti də yalnız optik internet verə bilir. Gələcəkdə hətta bundan qat-qat üstün internet sürətinə ehtiyac olacaq".

F.Rəcəblinin sözlərinə görə, gələcəkdə internetin sürəti artırılarsa, qiymətlər də bahalaşmalıdır:

"Bu gün evlərə verilən internetin sürəti 15-20 mb-dən başlayırsa, ola bilər 5-10 il sonra 100 mb-dən başlayıb gb və tb-lərə qədər qalxa bilər. Əlbəttə, bu zaman internet xidmətinin ödənişi də qalxacaq. Bu da normaldır. Lakin düşünürəm ki, provayderlər ev istifadəçilərinin internetə ödəyə biləcəkləri büdcələri artıq bilirlər. Buna görə də internet sürətində dəyişiklik olsa da, çalışacaqlar ki, ödənişlərdə yüksək artımlar olmasın".

İT mütəxəssisi Emin Qasımovun fikrincə isə, internetin sürətinin artırılması üçün kabellər dəyişməlidir:

"Sadə telefon kabeli - ADS xətti ilə maksimum 7.5 - 8 mb/s sürət vermək olur. Əgər fiberoptik kabellər çəkilməyibsə, sürət 7,5-8 mb keçə bilməz. Çünki sadə telefon kabeli bunu dəstəkləyə bilmir. İnternetin sürətini hələ test etmək imkanım olmayıb. Amma inanmıram ki, adi telefon kabeli ilə 6 mb/s çox sürət verə bilsinlər. İnternetin sürətinin artırılması üçün ölkə üzrə kabellər yenilənməlidir. Deyirlər ki, sürət artırsa, qiymət qalxır, xeyr, belə deyil. Yaxın xarici ölkələrdə provayderlər sürəti hər dəfə qaldırırlar, lakin çox az hallarda qiymətdə dəyişiklik olur".

E.Qasımov bildirdi ki, faylların həcmi artdığına görə internetin sürətinin daha da artımına ehtiyac var:

"Sürətin artımı çox gözəldir. Hamı evdə, işdə internetdən istifadə edərək videolara baxmaq, proqramlar yükləmək istəyir. İnsanların boşuna əsəb keçirməmələri üçün internet sürətinin yüksək olması yaxşıdır. Düşünürəm ki, sürətin daha da artmağı şərtdir. Çünki 5 il əvvəl ilə müqayisədə faylların həcmi böyüyüb. Əgər əvvəl bir video 20 mb idisə, indi 500-900 mb-dir. Həcmin böyüməsi videoların keyfiyyətinin artması ilə bağlıdır. Keyfiyyət artırsa, faylların həcmi də artır. Bu, yalnız video yox, bütün fayllara aiddir".

Mütəxəssisin sözlərinə görə, telefon xətti ilə internetdənsə provayderlərə qoşulmaq daha yaxşıdır:

"Məsləhət görərdim ki, insanlar evlərinə fiberoptik internet çəksinlər. Bu, daha ucuzdur. Bizdə yetərincə provayderlər var və onlar 40-60 mb-i fiberoptik kabellə daha ucuz və keyfiyyətli sürətlə verirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1626   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 169
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

08.11.2026 184
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 158
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.