Avtomobil idarəetmə hüququ olmayan şəxsə maşınını verən də cinayət məsuliyyəti daşıyır

Avtomobil idarəetmə hüququ olmayan şəxsə maşınını verən də cinayət məsuliyyəti daşıyırBir neçə gün öncə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, qəzanı nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs törədib. Yolu keçən 9 yaşlı qızı vurub, qız yerindəcə dünyasını dəyişib.

Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxslərin avtomobil sürüb, qəza törətməsi faktları var idi. Lakin bir neçə gün öncə baş verən hadisə bu məsələni daha da aktuallaşdırdı. Ümumiyyətlə, sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsin sükan arxasına keçib, qəza törətməsi kimi hallar yol verilməzdir.

Bununla yanaşı, diqqət etsək, görərik ki, xarici ölkələrin bəzilərində sürücülük təlimi birbaşa orta məktəblərdə keçilir və yol hərəkəti qaydaları məktəbdə öyrədilir. 16-17 yaşında imtahanı elə məktəbdə verib, sürücülük vəsiqəsi alırlar.

Bəs görəsən, bizdə belə bir qayda tətbiq oluna bilərmi? Bunun üçün nə etmək lazımdır? Ümumiyyətlə, avtomobil idarəetmə hüququ olmayan şəxsin sükan arxasına keçməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, sürücülük vəsiqəsi və avtomobil idarəetmə hüququ olmayan şəxsə maşını verən də məsuliyyətə cəlb olunur:

"Sürücülük vəsiqəsi olmayan şəxslərin avtomobil sürməsinin cəriməsi 100 manatdır. Şəxs qəza törətsə, vurduğu şəxsə görə məsuliyyət daşıyır. Ziyanı sığorta şirkəti də ödəmir. Həmçinin maşını həmin şəxsə verən şəxs də məsuliyyətə cəlb olunur.

Əgər qəza törədən yetkinlik yaşında olmayan bir şəxsdirsə, kiminsə sağlamlığına xəsarət yetiribsə, avtomobilini verən insan da onunla birlikdə cinayət məsuliyyətinə ortaq olur".

Hüquqşünas qeyd edib ki, maşını hüququ olmayan şəxsə verən cərimələnməlidir:

"Öz avtomobilini bu cür insana verən şəxs də məsuliyyətə şərikdir. Cinayətə, inzibati məsuliyyətə də şərik ola bilər. Vurduğu ziyanı da maddi qaydada ödəməlidir.

Sürücülük təliminin orta məktəblərdə keçilməsi siyasətdir. Bu nəqliyyat siyasətinə aid məsələdir. Mən olduğum xarici ölkələrdə belə bir məqamın şahidi olmamışam. Ayrıca kurslarda öyrədilir".

Nəqliyyat eksperti Fərhad Eyyubov isə əlavə edib ki, şəxsi avtomobili olanlar bəzən övladlarına və ya yaxın adamlarına avtomobili sırf öyrənmək üçün verirlər:

"Sürücülük məsələsi, sürücülük hüququ uzun müddətdir ildən-ilə təkminləşdirilir. Müəyyən məsələlər xarici ölkələrin iş təcrübəsinə uyğunlaşdırılır. Bəziləri sırf öyrətmək üçün avtomobili verirlər. Əslində öyrənmə metodu hərəkət intensivliyi olan xüsusi yollarda olmalıdır. İndi bunu heç kimə qadağan etmək olmaz. Çünki öyrənməlidirlər.

Yüzlərlə sürücülük vəsiqəsi olmayanlar var ki, onlar bəzi yerlərdə sürürlər. Düzgün məsələ deyil. İnsanlar onlara fikir verməlidir. Ümumiyyətlə nəqliyyat vasitəsini içkili, narkotik qəbul edən şəkildə idarə etmək olmaz".

Ekspertin sözlərinə görə, yol hərəkəti qaydaları bağçadan uşaqlara aşılanmalıdır:

"Elə məsələlər var ki, sürmə zamanı icazə verilmir. Hüququ cəhətdən bizdə hazırda sürücülük vəsiqəsi 18 yaşından sonra verilir. Bu məsələ bəzi ölkələrdə müəyyən yaş həddində nizamlanır. Orta məktəblərdə tədris olunmalıdır. Elə məktəblər var ki, nəqliyyat vasitələri və təlimçiləri yoxdur. Texniki cəhətdən mümkün olmadığından sürmə vərdişləri hər yerdə öyrədilmir. Hətta bizdə elə avtomobil sürücüləri üçün məktəblər var ki, sürücülər özləri qayda-qanunu, normativləri yerinə yetirmir. Elə insanlar var ki, yol hərəkəti qaydalarını çox gözəl bilir. Amma sürmə vərdişləri yoxdur. Nəqliyyat vasitələrini idarə edən zaman reaksiyaları zəif olur. Müəyyən yerlərdə nəqliyyat vasitələrini düzgün idarə edə bilmir. Ona görə də belə hadisələr olur".

F.Eyyub bildirib ki, nəqliyyat vasitələrini idarə edənlərin təcrübəsi olmalıdır:

"Taksi sürücülərinin 3 ilə qədər təcrübəsi olmalıdır. Bu nöqteyi-nəzərdən sürücülük vəsiqəsi olmadan avtomobil sürənlərə mənfi münasibət bəsləyirəm. İctimaiyyət də buna icazə verməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.