Həyat yoldaşına bunu etməmək üçün yalvardı: "Uşaqlar yatmışdı" – Şok təfərrüat

Həyat yoldaşına bunu etməmək üçün yalvardı: "Uşaqlar yatmışdı" – Şok təfərrüatBakıda 1978-ci il təvəllüdlü Dəyanət şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində arvadı Fəridəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Dəyanət yaşadığı evdə 2004-cü ildən rəsmi nikahda olduğu arvadı Fəridə ilə mübahisə edib.

BiG.AZ telegraf.com-a istinadən bildirir ki, mübahisə zamanı o, bıçaqla Fəridənin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. 6 bıçaq xəsarəti alan Fəridəyə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Dəyanətin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Xoşbəxt etməyə çalışmışam"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Dəyanət ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2004-cü ildə Fəridə ilə "Çinici" mağazasında birlikdə işləyən zaman tanş olub və bir-birilərini sevib evləniblər: "Evləndikdən sonra çox mehriban yaşamışıq. Birgə nikahımızdan Sevda və Faiq adlı övladlarımiz doğulub.

Fəridəni çox sevmişəm və hazırda da sevirəm. Heç vaxt Fəridənin xətrinə dəyməmişəm. Bir ailə başçısı kimi həmişə Fərqidəyə dəstək olmağa və onu xoşbəxt etməyə çalışmışam".

"Xəyanət kimi qəbul etdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin əvvəllərində Fəridə onun telefonda vatsap proqramı ilə bir qadınla yazışdığını görüb: "Fəridə mənim bu yazışmamı özünə xəyanət kimi qəbul etdi. Bundan sonra münasibətlərimiz soyudu. Səhvimi başa düşərək dəfələrlə ondan üzr istədim. Lakin səhvim ona çox pis təsir etdiyindən məni bağışlamaq istəmədi.

Dəfələrlə Fəridə ilə barışmağa cəhd etsəm də, boyun qaçırdı. Lakin bu müddət ərzində bir evdə yaşadıq".

Dəyanət qeyd edib ki, 2021-ci ilin martında Fəridə qadınlar üçün nəzərdə tutulmuş idman zalında (Pilates mərkəzində) işə düzəlib: "Fəridənin işi ürəyimcə olmadı. Onun həmin yerdə işləməsini istəmədim. Amma Fəridə orada işləmək istədiyindən yenə də onun xətrinə dəymədim və işləməsinə etiraz etmədim. Sonra Fəridə tez-tez məndən küsüb, uşaqları da götürərək anasıgilə getdi".

"Evə qayıtmadı"
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Təqsirləndirilən şəxs bildirib ki, 2021-ci ilin mayında Fəridə növbəti dəfə uşaqları da götürərək anasıgilə yollanıb: "Fəridə anasıgildə qaldığı müddət ərzində məndən boşanmaq üçün ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət etdi. Lakin yenə də bütün gücümlə onunla barışmaq və birlikdə mehriban yaşamaq üçün çalışdım.

Bu səbəbdən Fəridənin anasıgilə gedib onunla danışdım, evimizə qayıtmasını xahiş etdim. Amma həmin gün Fəridə evə gəlmədi".

Dəyanətin sözlərinə görə, bundan sonra 3-4 dəfə Fəridə ilə danışıb, sonda Fəridə evə qayıtmağa razı olub: "Fəridəni uşaqlarla birlikdə götürərək yaşadığımız evə qayıtdıq. Evdə təxminən 4 gün qaldıq. Bu müddət ərzində dəfələrlə ondan məhkəməyə verdiyi ərizəsini geri götürməsini xahiş etdim. Amma boşanmağa israrlı olduğundan ərizəni geri götürməyəcəyini bildirdi.

Fəridənin boşanmaq istəməsi məni pis vəziyyətə saldı. Mən öz ailəmə bağlı adamdım. Balalarımı və arvadımı çox sevirəm. Boşanmağın uşaqlarımın da gələcəyinə pis təsir edəcəyini düşünüb dəfələrlə Fəridədən ərizəsini geri götürməyi xahiş etdim. Ancaq o, ərizəni geri götürmədi".

"Baş verənləri dərk edərək ölmək istədim"

Dəyanət bildirib ki, hadisə günü səhər vaxtı Fəridə yuxudan duraraq işə getməyə hazırlaşıb: "Fəridə mətbəxdə olanda ona dedim ki, məhkəmə iclasının vaxtına az qalıb, nə qədər gec deyil, get, ərizəni geri götür, ayıbdır, bizim uşaqlarımız var. Fəridə isə fikrinin qəti olduğunu və məndən boşanacağını bildirdi. Yanımızda həmin vaxt heç kəs yox idi. Səhər vaxtı olduğundan uşaqlar öz otaqlarında yatmışdılar.

Sonra Fəridə qonaq otağına keçdi. Onun arxasınca gedərək növbəti dəfə ərizəsini məhkəmədən götürməsini xahiş etdim. Bu dəfə də Fəridə kobud şəkildə məndən boşanacağını dedi. Bu vaxt masanın üzərindəki meyvə doğramaq üçün qoyulmuş bıçağa gözüm sataşdı. Əsəblərimi cilovlaya bilmədim və anidən həmin bıçağı götürərək Fəridəyə zərbə endirdim.

Fəridəyə neçə zərbə endirməyimi xatırlamıram. Lakin ona bıçaqla xəsarət yetirdikdən sonra duruxdum. Fəridə otaqdan çıxaraq bloka qaçdı. Onu öldürmək fikrim olsaydı, bloka çıxmasına imkan verməzdim. Fəridə evdən bloka çıxanda heç nə etmədim. Əlimdəki bıçağı qonaq otağında ataraq su içmək üçün mətbəxə keçdim.

Həmin vaxt şok vəziyyətində olmuşam. Mətbəxdə olarkən Fəridənin blokda qonşuları çağırdığını eşitdim. Bir anlıq baş verənləri dərk edib ölmək istədim. Çünki dünyada ən çox sevdiyim adama xəsarət yetirdim".

Dəyanət qeyd edib ki, bundan sonra Fəridənin onunla barışmayacağını anlayıb: "Ona görə də mətbəxdə olan bıçağı götürərək özümə 20-yə yaxın xəsarət yetirdim, ölmək istədim. Etdiyim səhvi başa düşdüm. Ən çox Fəridənin boşanmasından qorxdum. Heç vaxt Fəridəni öldürmək istəməmişəm.

Özümə çoxsaylı xəsarət yetirdikdən sonra huşumu itirdim. Özümə gələndə xəstəxanada olduğumu və üzərimdə əməliyyat keçirildiyini öyrəndim".

Dəyanət 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1214   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.