Bakıda itgəzdirənlərin sayı çoxalıb – Bu dəbdir, yoxsa yalnızlıq? – Psixoloq cavablandırır

Bakıda itgəzdirənlərin sayı çoxalıb – Bu dəbdir, yoxsa yalnızlıq? – Psixoloq cavablandırır"Heyvana olan xüsusi bağlılıq insanlardakı hansısa boşluqdan qaynaqlana bilər. Bəzən olur ki, insanlar tənha, qayğısız və sevgisiz qalırlar. Belə insanlar zamanla bütün nəvazişini saxladıqları ev heyvanları üzərində cəmləməyə başlayırlar".

Bu fikirləri psixoloq Gülnarə Abuzərova səsləndirib.

Psixoloqun sözlərinə görə, adətən tək yaşayan insanla saxladığı heyvan arasında qırılmaz bağlar yaranır və bu hansısa sindromun yaranmasına səbəb olur:

"İldən-ilə bu yanaşmalar həssas insanların şüuraltı qatına oturur. Belə olan halda isə həmin insan onu heç nə ilə əvəzləyə bilmir. Bəzən birgə yaşadığı heyvanın ölümündən depressiyaya düşüb yas saxlayır. Digər bir məqam isə bu istəyin ən pik formasıdır ki, belə insanlar həmin ev heyvanına kənardan müdaxilə edən birini gördükdə əsəbiləşirlər. Bəzən küçədə tanımadığı biri o heyvana toxunduqda və ya hər hansı bir xətər yetirdikdə, sanki o insanı öldürəcəkmiş kimi reaksiya verirlər

Psixoloq bildirib ki, gəliri çox olan insan, saxladığı ev heyvanlarına daha çox pul xərcləyir:

"Yəni bu bir növ insanların cibinə görə hesablanır. Heyvan bəsləməyə olan meyil artdıqda, ən kasıb insan belə öz büdcəsinə uyğyun ev heyvanı saxlaya bilər".

Psixoloqun sözlərinə görə ev heyvanı, xüsusilə də ev itləri saxlayanların sayının artması müasir dövrün dəbindən də irəli gələn bir haldır:

"Bu dəb formasında ilk öncə Qərbdə mövcud olub. Şərq insanı Tanrıya və dinə daha çox bağlı olduğu üçün heyvanlara mərhəmətlə yanaşmağına baxmayaraq, adətən itlər və pişiklərlə yaşadığı evi bölüşmür. Ən yaxşı halda o heyvanı həyətində saxlaya bilər. Qərbdə isə dəyərlər və yanaşmalar çox fərqlidir. Məsələn, Amerikada hər beş ailədən birində it və ya pişik saxlayırlar. Yəni bu Qərbdən gələn bir ənənədir. Əgər parklarda ev iti gəzdirən cavanların geyimlərinə fikir versək, daha açıq-saçıq, Qərb tipində geyindiklərinin şahidi olarıq. Yaşlı nəsildə isə bu yuxarıda söylədiyim kimi yalnız psixoloji sarsıntı və başqa hallardan irəli gələ bilər".

Psixoloq sonda onu da qeyd edib ki, istənilən halda depressiv fonu azaltmaq üçün təbiətlə, heyvanlarla ünsiyyətdə olmaq çox faydalıdır. Yerigəlmişkən, bu evində xəstə uşaq olan ailələr üçün də vacibdir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 874   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.