Tatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTO

Tatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTOBu gün cəmiyyətdə geniş marağa səbəb olan və artıq gözlərin öyrəşdiyi bir ənənədən danışacağıq. Tarixi qədim olan döymə ənənəsi. Əslində bu bir qədər dəyişikliklərə uğrayaraq günümüzə gəlib çatıb, lakin bütün hallarda özündə müəyyən simvolizasiya ehtiva edir. Qədim yunanlılar və romalılar tatunu günahkarlar və kölələrə edirmişlər. Hər döymənin özünəməxsud anlamı, mistik mənası olub. Hətta bu müəyyən dövrlərdə gizli, qorunmalı olan məxfi məlumatların daşınması kimi də istifadə edilib.

Lakin bu gün döymə incəsənətin bir növünə çevrilib. Tək fərq rəsmlər kətan üzərində deyil, canlı insan dərisi üzərində vəsf elənir.

Azərbaycanda tatulara münasibət hər zaman fərqli olub, bu gün də elədir. Lakin əvvəlki dövrlərlə müqayisədə bu gün qınaqlar nisbətən azalıb.

Elə paytaxtda gənc nəslin tatu üçün müraciət etdiyi tatu ustası Yana Yubimenkoda deyir ki, tatu insanın cəsarətli çıxışı, özünüifadə formasıdır.

Oxu.Az tatu ustası Yana Yubimenko ilə müsahibəni təqdim edir:

Artıq 7 ildən çoxdur bu işlə məşğul olan Y.Yubimenko ailəlidir, iki övladı var. Bakıda 3 ildir fəaliyyət göstərən tatu studiyası var. Tatuya tələbatın artdığını söyləyən Y. Yubimenka havaların isinməsi ilə yanaşı, Bakıya gələn turistlərin də tatuya maraq göstərdiyini söyləyir.

- Necə düşünürsüz, azərbaycanlılar tatunu sevirmi?

- Bir müddət öncə bunu deyə bilməzdim, amma bu gün bəli,sevirlər. Nəinki gənclər hətta orta yaşlı insanlar da tatu üçün müraciət edir. Əvvəllər qınaq çox olurdu, lakin bu mərhələli şəkildə aradan qalxdı. Bu gün çox insan həmin qınaqlara fikir vermir, istəyirlərsə, dəqiq qərar verib tatu etdirirlər. Həm də bu gün cəmiyyət artıq döyməli insanlar görməyə öyrəşib.

- Bu gün hansı tatular -rəsmlər yoxsa yazılar dəbdədir?

- Yazılar hər zaman dəbdə olur. Rəsmlər istəyən də olur, lakin imzalar və yazılardan ibarət tatular liderlik edir. İnsanların çoxu mentalitet səbəbindən çox kiçik, minimalist tatulara üstünlük verir. Nadir hallarda kimsə böyük həcmli tatular istəyir, hansı ki, bədənin bir bütün qolunu, ayağını, kürək nahiyyəsini əhatə etsin.

- Qadınlar ya kişilər daha çox tatuya maraq göstərir?

- Bu çox maraqlıdır. Mənə müraciət edənlərin 60 faizi qızlardır, 40 faizi bəylər. Sadəcə qızlara qız usta ilə işləmək daha rahatdır deyə, müaciət edirlər. Həm də mentalitet də burada öz sözünü deyir. Çünki kişilər əslində bədənində tatu olan qızları bəyənirlər, amma həyat yoldaşlarının kişi ustaların yanına getməyə izn vermirlər.

- Ən çox bədənin hansı nahiyyələrinə tatu istəyirlər?

- Gənclər daha çox bədənin daha çox göz önündə olan nahiyyələrinə - qollar, ayaqlar, əllərin üstünə tatu döydürmək. Qızlar daha çox görünməyən nahiyyələrinə-qabırğalara, sinənin altı, kürək nahiyyəsinə tatu döydürür. Daha çox özlərinə xoş olsun deyə. Yəni, bu seçimlər fərqlidir, kimi ətraf görsün istəyir, kimisi isə sadəcə əri və ya partnyoru üçün elətdirir.

Qapalı yerlərə tatu etdirənlərin böyük əksəriyyəti ya vacib tarixləri, ya həyatlarınən hər hansı önəmli, mənalı hadisələrini, ya da sevdiklərinin adlarını döydürürlər.

- Həyat yoldaşı üçün dediniz, maraqlı gəldi. İntim nahiyyələrə tatu döydürmək istəyənlər olurmu?

- Əlbəttə olur, amma xanımları qəbul edirəm. Bilirsiz bu cür istəklə gələn kişilərə prosedur etmirəm, çünki anlamaq olmur ki, onlar nə məqsədlə gəlir. Təəssüf ki, reallıq fərqli ola bilir. Amma xanımları qəbul edirəm, bikini nahiyyəsinə də tatu etdirən olur. Çox deyil, amma partnyorlarını, ərlərini dəli etmək istəyən qadınlar da az deyil.

- Tatuda daha çox hansı simvollardan istifadə edilir?

- Daha çox qədimi simvollara üstünlük verilir. Bura Skandinaviya, Buddizm simvolları, eləcə də Kelt simvolları aiddir. Dini simvollar istisna olmaqla, digər simvollardan istənilən formada gözəl əsərlər yaratmaq olar. Dini simvollarla bir qədər ehtiyatlı davranmaqda fayda var.

- İnsanlar çox kapriz edirmi yoxsa nəticə onları qane edir?

- Deməzdim ki müraciət edənlər arasında kaprizli müştərilərim olub. Daha rahatdırlar, çünki müraciət edənlər əvvəlcə tatu ustasının əl işləri ilə tanış olur, araşdırır, onun işində peşəkarlığını öyrənir. Bu kimi araşdırmalardan sonra qərar verən şəxs artıq kapriz edəcək bir məqam tapa bilmir. Əsas odur ki etibar etdiyin peşəkar usta ilə çalışasan.

- Sizin özünüzdə də tatular var. Sayını unutmamısızsa, nə qədərdir?

-Düzünü desəm, tam yadımda qalmayıb. Amma təxminən 15-dən çox tatu var. Amma mənim bədənimdəki tatular kiçik deyil, böyük layihələrdir. Onları sanki bir-iki ayrı tatu hesab etmək olsa da, əslində bir layihə kimi qəbul etmək lazımdır.

- Öz-özünüzə tatu vurmusuz yoxsa başqa ustalar işləyib?

- Mənim də dostlarım arasında peşəkar tatu ustaları var. Əl işlərinə etibar etdiyim dostlarıma həvalə edirəm.

- Yeddi il ərzində müəllifi olduğunuz ən bahalı tatu nə olub və qiyməti?

- Prinsipcə, böyük layihələrin hər biri bahalıdır. Bütün kürək, ayaq, qol üzərində işlənilən əsərlər bahalıdır. Bu bir seansa deyil, bir neçə seansa tamamlanır. Mənim üçün konkret bahalı və ya kreativ tatu deyə bir işim yoxdur. Hər bir tatu öz sahibinə dəyərlidir.

Mənim tələbədən tutmuş, səhnə adamlarına eləcə də məmurlara qədər müştərilərim olub. Tanınmış şəxslər arasında da mənim əl işim olan tatuların daşıyıcıları var. Çalışıram münasibətləri və eləcə də qiymətləri daha münasib saxlayım ki, hər kəs müraciət edə bilsin. Hətta deyərdim ki, mənim təklif etdiyim qiymətlər digər tatu ustalarında çox daha şişirdilmiş qiymətlərədir. Mən bunu düzgün hesab etmirəm.

- Qiymətlərdən söz düşmüşkən, dediyiniz ortalama və hər kəs üçün əlçatan olan qiymətlər hansı aralıqda dəyişir?

- Minimum və maksimum qiymətlərimiz 70-2000 manat arasında dəyişir. Bu tatunun növündən, çətinliyindən, xırda detalların çoxluğundan asılıdır. Bütün bədən üçün tatu istəyənlər gərək yaxşı pul qazansın. Çünki, həcmindən, xırda detallardan asılı olaraq 30 minə qədər vəsait lazımdır.

- Bir tatunun üzərinə silmək, üstünü örtmək məqsədilə neçə dəfə tatu döydürmək olar?

- Əsasən bir tatunun üzərinə iki dəfəyə qədər tatu döydürmək oar, amma məsləhətdir ki, ehtiyac olmadıqca edilməsin. Buna görə də tatu ilə bağlı qərar verərkən çox düşünmək lazımdır. Tatunu silmək də mümkündür, lazer vasitəsilə bu proses həyata keçirilir.

- Bu dərinin teksturasına görə dəyişir? Ümumiyyətlə bədənin dərisinə ziyandırmı?

- Yox, deməzdim ki, ziyandır. Lakin dərinin teksturası və dərinin keyfiyyətinə görə dəyişir. Allergik reaksiya da ola bilər. Amma belə dəriyə ziyan deyil.

- Gözün içərisinə necə tatu etmək olar?

- Məncə buna gərək yoxdur, lakin edən tatu ustaları var. Mən etmirəm, tövsiyə də etmirəm. Bizim bir yoldaş var, o gözünün ağına göy rəngdə tatu döydürmüşdü. Amma digər nahiyyələrə edilən tatudan fərqli olaraq gözün içərisinə edilən tatu silinmir.

Ümumiyyətlə mənə müraciət edənlər üzə, qaşa, boyun və boğaz nahiyyəsinə, biləyinə tatu döydürmək istəyəndə mən onlara tövsiyə etmirəm. Çünki bu həyat tərzinə çevrilməlidir. İlk tatu görünməyən nahiyyədə olmalıdır və insan bununla yaşamağı, cəmiyyətin buna qınağı ilə barışmağı öyrənmək lazımdır. Artıq sonra istəsələr göz önündə olan "underground" tatulara risk etsinlər.

- Pandemiya dövründə necə, fəaliyyətinizdə durğunluq yaşandımı?

- Demək olar ki, studiyanın açılışı elə pandemiya ərəfəsinə təsadüf etdi. Bu səbəbdən də kifayət qədər çətinlik oldu. Hətta az qaldı ki, studiyanı bağlayaq. Amma müştərilərimiz sağ olsun, bizi tək qoymadılar. Çətinlikləri geridə qoyduq.

- Bəs hər kəs tatu döyə bilər?

- Tatu döyə bilmək üçün mütləq qaydada sizin rəssamlıq qabiliyyətiniz olmalıdır. Steril olmaq önəmlidir. İstedadın olmasa nə eskiz hazırlaya bilərsən, nə də yaxşı heç nə hazırlaya bilməzsən. Ancaq internetdən standart fotolar çap edib, onların çərçivələrini doldura bilərsən. Tatu işi isə özü ayrı bir aləmdir, incəsənətdir.

- Bütün bədənə tatu etdirmək istəyənlər necə, çoxdurmu?

- Gənclər var ki, müraciət edirlər. Amma 18 yaşı tamam olmayanları qəbul etmirik. Bir tatu üçün ən aşağısı 1 saat vaxt lazımdır. Mən ümid edirəm ki, bir gün bir müştəri gələcək və al bu 30 mini və bütün bədənimə tatu döy deyəcək (gülür). Bu həm gəlirli, həm də çox kreativ iş olacaq. Ümumiyyətlə tatu aludəçilik yaradan işdir. İlk addımı atdıqdan sonra ardı gələcək. Bəzən bunu narkotiklə də müqayisə edirlər.

- Tatunun baxımı çətindirmi?

- Elə də çətin deyil, həmin gün tatu döyülən yerə su dəyməməlidir. Onun özünün kremi var, bitdikdən sonra vurulur və üzəri "streç"lənir. Müəyyən müddət dənizə getmək, gün şüası və idman etmək olmaz. Qeyri-adi xüsusi bir qulluq tələb edilmir. İlk növbədə əgər tatu ustası peşəkardısa, o, işinin gigiyenik tərəfinə diqqət yetirməlidir. Daha sonra isə bu təmizliyi döymə sahibi davam etdirməlidir. İnsanlar tatu etdirərkən pis xəstəliklərə yoluxmaq istəmirlərsə, təmizliyə diqqət yetirməlidirlər.

Tatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTOTatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTOTatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTOTatu ustası: "Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər" - MÜSAHİBƏ + FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2244   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

TOP MP3