Azərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTO

Azərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOHeyrətamiz yeni video imkanları, təkmilləşdirilmiş foto rejimləri və ən son foto sensoru Sony IMX800 ilə təchiz edilən "HONOR 70" dünyada vlogging üçün smart çəkiliş rejiminə sahib ilk smartfondur.

1 sentyabr 2022-ci il tarixində qlobal texnoloji brend olan "HONOR" "Marriot Hotel"də influenser və jurnalistlərin iştirakı ilə yeni smartfonunun təqdimatını keçirib. Təqdimat zamanı şirkət nümayəndələri Azərbaycanda "HONOR" xəttinin ən son məhsulu olan "HONOR 70" smartfonunun Azərbaycanda satışa çıxarıldığını elan ediblər.

Heyrətamiz üçlü kamera xüsusiyyətlərinə və yüksək performansa malik olan smartfonun əyri ekrana sahib parlaq, simmetrik korpusu premium və zövqlü görünür. Şirkət bu smartfonun ən tələbkar istifadəçini belə mütləq cəlb edəcəyindən əmindir. Maraqlıdır ki, Azərbaycan smartfonun satışa çıxarıldığı ilk ölkələrdən biridir. Bu günlərdə Berlində keçirilən IFA beynəlxalq sərgisində də qlobal təqdimat baş tutub. Sentyabrın 2-dən Azərbaycan sakinləri "HONOR 70"i "İRŞAD" mağazalarından 1199 AZN-ə ala biləcəklər.

"HONOR" məhsul əsaslı bir şirkətdir və məhsulların mükəmməlliyini gerçəkləşdirmək üçün dayanmadan çalışır. Şirkət istifadəçi ehtiyacları və texnoloji yeniliklər arasında mükəmməl tarazlıq yaratmağı bacarır.

Bu barədə təqdimat zamanı "HONOR"un Azərbaycandakı nümayəndəliyinin direktoru Şon Mao bildirib. O, həmçinin şirkətin Azərbaycan bazarında "HONOR" cihazları xəttini genişləndirmək üzrə iddialı planlarını bölüşüb.

Təqdimatda cihazın özü haqqında yetəri qədər məlumat verilib. Qonaqlar üçün ən yaddaqalan "HONOR 70"in, zərif zərgərlik sənətindən ilhamlanaraq ortaya çıxarılan asimmetrik əsas kamera blokuna malik premium dizaynı olub. Parlaq və zərif şüşə korpus qara, yaşıl və gümüşü rənglərdə təqdim olunur.

"HONOR 70" korpusu çox nazikdir, qalınlığı cəmi 7,91 mm, çəkisi cəmi 178 q-dır. Kiçik çantalara və ciblərə asanlıqla sığır. "HONOR 70" 58° əyilmiş kənarları olan parlaq 6,67 düymlük OLED displeylə gəlir. O, enerjiyə qənaət edən "Qualcomm Snapdragon 778G Plus" çipi ilə təchiz edilib və yüksək performans və istifadəçi təcrübəsi təqdim edir. "HONOR 70" ən son "HONOR Magic UI 6.1" və "Android 12" ilə işləyən ilk "HONOR" smartfonudur ki, istifadəçilər üçün daha fərdi təcrübə, daha çox rahatlıq və məhsuldarlıq təmin etmək üçün bir sıra təkmilləşdirilmiş, fərdiləşdirilə bilən funksiyalara sahibdir.

"HONOR 70"də ən çox diqqət onun kamerasına verilib. Bu heç də təəccüblü deyil, çünki bu kamera super təkmilləşdirilmiş "Sony IMX800" sensorunun dünya debütüdür. 54MP 1/1.49"-lük əsas sensoru ilə "HONOR 70" daha parlaq, daha əhatəvi çəkilişlər üçün daha çox işıq tutur ki, bu da az işıqlı mühitlərdə və xüsusilə gecə vaxtı çox vacibdir. "HONOR 70" həm də makro obyektiv kimi də işləyən 50 meqapiksellik 122°-li geniş bucaqlı kamerası ilə hamının qəlbini fəth edib.

"HONOR 70" heyrətamiz təsvirlər və yüksək dəqiqliyə sahib kadrlar üçün öz sinfində ən yaxşı Süni İntellektli üçlü əsas kamera sistemi və "HONOR"un patentləşdirilmiş "HONOR" Şəkil Motoru ilə təchiz edilib.
"HONOR 70"in maraqlı funksiyası "Smart Video Fokus" toplu şəkil çəkdirmə və ya video çəkmə halları üçün təqdim olunur. "Smart Video Fokus" rejimində smartfon eyni vaxtda rəqqaslar qrupunun videosunu və seçilmiş rəqqasənin "solo ifası"nı qeydə alıb. Seçilmiş personajın mövqeyini real vaxtda asanlıqla hesablayan və izləyən süni intellekt alqoritmləri sayəsində "HONOR 70" eyni vaxtda həm ümumi video qrupu, həm də seçilmiş şəxsin həmişə kadrın mərkəzində olduğu video yaradır.

İştirakçı blogger və influenserlər qeyd ediblər ki, "Smart Video Fokus" və əvvəlcədən təyin edilmiş kontentin işlənməsi rejimləri həqiqətən onların məzmununu zənginləşdirməyə kömək edəcək və ümumilikdə onların işini daha rahat və asan hala gətirəcək.

Qiymətlər və mövcudluq

"HONOR 70"in Azərbaycanda rəsmi satışına sentyabrın 2-dən etibarən "İRŞAD" mağazalarında start verilib. Smartfon üç zəriif və dəbdə olan rənglərdə (zümrüd yaşılı, gecəyarısı qarası, kristal gümüşü) satışa çıxarılacaq. Müştərilər "HONOR 70"in onlara ən uyğun versiyasını seçə biləcəklər: 8+128 GB versiyası 1199,99 AZN, daha çox yaddaşa malik 8+256 GB versiyası isə 1299,99 AZ-dir.

Azərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTOAzərbaycanda "HONOR"un yeni flaqmanı təqdim olundu - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1321   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

08.11.2026 184
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.