Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb
Rusiyanın aparıcı "TASS" informasiya agentliyində Bakı Şəhər İcra Hakimiyyətinin və Tarix İnstitutunun birgə layihəsi çərçivəsində işıq üzü görən "Vətən müharibəsi tarixi. Şəxsiyyət amili" kitabı barədə məlumat dərc olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri və ön sözün müəllifi Eldar Əzizov "TASS"-ın müxbirinə bildirib ki, kitab 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr olunub. Bu Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərinin və ölkənin öz torpaqlarını işğaldan azad etmə istiqamətində həyata keçirdiyi işlərin təhlilinin, həmçinin Qarabağ probleminin həlli üçün müvafiq hüquqi bazanın yaradılması, iqtisadi islahatların həyata keçirilməsi və müasir ordu quruculuğu proseslərinin ümumiləşdirilməsinin ilk cəhdidir.
Nəşrdə proseslər ölkənin bütün resurslarını ən mühüm milli vəzifənin həllinə səfərbər etmiş Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət amili nəzərə alınmaqla təqdim olunur. Kitabın xüsusi əhəmiyyəti hadisələrin hadisə iştirakçılarının dilindən nəql olunmasıdır - döyüş əməliyyatlarının gedişatını Müdafiə naziri Zakir Həsənov, diplomatik spektrləri Xarici İşlər naziri Ceyhun Bayramov təqdim edir, iqtisadiyyatın inkişafını iqtisadçı alimlər təhlil edirlər. Bundan əlavə, kitabda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, avtomobil və dəmir yollarınının çəkilməsi, hava limanları, elektrik stansiyaları, sosial obyektlər və yaşayış komplekslərinin tikintisi barədə ətraflı informasiya öz əksini tapıb. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
İxtisasca tarixçi olan Eldar Əzizov kitabın emosiyasız, yalnız faktlara, statistik məlumatlara və hadisələrin təhlilinə əsaslanaraq yazılıdığını əlavə edib.
Nəzərə çatdırılıb ki, post-sovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən ekspertlərin də böyük marağına səbəb olmuş kitab artıq Azərbaycan və rus dillərində dərc olunub, hazırda türk və ingilis dillərində nəşrin hazırlıq işləri aparılır. Müəlliflər kitabın gələcəkdə dərs vəsaiti kimi istifadə olunacağını da istisna etmirlər.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 775 Tarix: 02 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFinlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 163 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
08.11.2026 232 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 167 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159