Azərbaycanda uşaqlar arasında kütləvi xəstəlik yayılıb? - VACİB AÇIQLAMA
Bakıda son günlər rotavirus infeksiyası yayılıb. Əsasən yetkin yaşda insanlar arasında yayılan bu virus uşaqlarda da özünü biruzə verir. Çox zaman isə bunu koronavirusun əlamətləri ilə səhv salırlar.
Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu məsələ aktuallığını daha da artırır.
Hazırda uşaqlar arasında sağlamlıq baxımından vəziyyət necədir?
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.
Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, rotavirus mövsümi xarakter daşıyan xəstəlikdir.
"Mədə-bağırsaq sistemini tutan viruslar qrupuna aiddir. Xüsusilə bu yaz-payız aylarında artım izləyirik. Əsasən ishal və qusma əlamətləri ilə özünü göstərir. Yüksək hərarət də müşahidə olunur", - deyə Azər Əhmədov bildirib.
Həkim deyir ki, yüksək hərarət əsasən 3 gün davam edərsə, bu o qədər qorxulu deyil. Lakin 3 gündən artıq hərarət olarsa, bu zaman mütləq həkim müdaxiləsi olmalıdır. Əks halda vəziyyət gərginləşə bilər.
Azər Əhmədov deyir ki, hazırkı dövrdə koronavirus aktuallığını hələ də saxlamaqdadır. Bu səbəbdən də, koronavirusa yoluxmamaq üçün xüsusi diqqətli davranmaq lazımdır.
"Dünən 2 xəstədə koronavirus testi pozitiv çıxdı. Kovid hələ də bitməyib. Əsasən də xəstə uşağın valideynləri diqqətli olmalıdır. Birinci növbədə burada təmas önəmlidir. Qrip olan uşağı məktəbə göndərmək olmaz. Əgər ailə üzvlərindən biri xəstədirsə, uşağı həmin şəxsdən uzaq tutmaq lazımdır.
Qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Əllər tez-tez yuyulmalı, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır. Virus infeksiyalarında antibiotiklərdən çox istifadə etmək məsləhət deyil.
Düzgün qidalanmaq çox lazımdır. Bu, orqanizmin müqavimətini artırmaq üçün çox önəmlidir. Daha vacibi isə çoxlu maye qəbul etməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1823 Tarix: 01 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFinlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 163 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
08.11.2026 232 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 167 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159