Ədalət Verdiyev: "Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi?"
"Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub. Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib" bəyanatı Qarabağ münaqişəsinin bir çox detallarını və mürəkkəbliyini anlamayan, bu müharibədə iştirak etməyən, lakin özünü sahənin "mütəxəssisi" kimi qələmə verməyə çalışan az sayda şəxslər tərəfindən düzgün dəyərləndirilmir".
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev öz "Facebook" hesabında paylaşıb.
O bildirib ki, Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi. 160-a yaxın diplomatın qarşısında çıxış edirdi və Azərbaycanın sülhsevər, humanist simasını göstərirdi.
"Məlumdur ki, Azərbaycan Ordusu necə şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Amma bir hərbi ekspert kimi deyə bilərəm k, Şuşa əməliyyatı təkcə peşəkarlıq, bacarıq, şücaət deyil, həm də ordumuzun çox böyük güc sərf etməsi hesabına uğurla tamamlandı. Şəxsi heyət də artıq yorulmuşdu və Xankəndi istiqamətində həmlələr bir o qədər də asan başa gələ biləcək məsələ deyildi.
Beynəlxalq aləmin reaksiyasını unutmayaq. ABŞ və Fransa səfirliklərinin indiyə kimi öz nümayəndələrini Şuşaya göndərməkdən imtina etməsi onu deməyə əsas verir ki, Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib. ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri də göstərir ki, onlar hələ problemi bitmiş hesab etmirlər. Bəs Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi? Rusiya faktorunu da unutmayaq, ruslarla üz-üzə gəlmək təhlükəsi də böyük idi.
Odur ki, gəlin hadisələri ayıq başla analiz edək. İnformasiya Müharibəsinin ən aktiv şəxsləri sırasında yer alan H.Hacıyevin səviyyəsini müzakirə edənlər bir az diqqətli olsunlar, özlərini olduqları ölçüdə görsünlər. Qarabağ və Zəngəzur məsələsində dövlətimizin yanında olmaq istəmirlərsə, heç olmasa məsələnin mahiyyətini bilən və buna uyğun danışan, hərəkət edənlərə mane olmasınlar.
Milli məsələlərdə bölünən xalqlar sonradan daim peşman olur…" – deyə, o qeyd edib./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1070 Tarix: 29 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…
Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas
08.08.2026 388 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa məktub ünvanlayıb. BİG.AZ -a istinadən məktubu təqdim edir:. "Hörmətli cənab Prezident,. Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasınd
08.08.2026 155 41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!
Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki
08.08.2026 206 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb
Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
08.08.2026 162 ADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb
Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb. "Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb"
08.08.2026 142 Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmiş
Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Axşam.az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:. "
08.08.2026 240 Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat
08.08.2026 150 Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər
08.08.2026 171 Qızıl bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüşün qiymətlərində artım qeydə alınıb. xəbər verir ki, qızılın fyuçerslərinin qiyməti 0,61 faiz yüksələrək 1 unsiya üçün 4 326 ABŞ dollarına çatıb. Gümüşün fyuçersləri isə 1,49 faiz bahalaşaraq 1 unsiya üçün 62,52 ABŞ dolları təşkil edib
08.08.2026 114