Təhsil eksperti: "Sıfır" və "iki"yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik"

Təhsil eksperti: "Sıfır" və "iki"yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik"Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır. Qruplar üzrə gərgin mübarizə gedir. I ixtisas qrupu üzrə 16419 plan yeri uğrunda 19030, II ixtisas qrupu üzrə 12232 plan yeri uğrunda 9804, III ixtisas qrupu üzrə 15157 plan yeri uğrunda 16572, IV ixtisas qrupu üzrə 3980 plan yeri uğrunda 4130, V ixtisas qrupu üzrə 4093 plan yeri uğrunda 8000-dən çox abituriyent mübarizə aparır.

Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abituriyent 0-150 arası bal toplayıb. Bunu təhsil sisteminin səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər var.

Bəs görəsən, belə nəticə nəyin göstəricisidir? Burada kim günahkar hesab olunur?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təhsilin keyfiyyəti abituriyentin az və ya çox bal toplaması ilə ölçülmür:

"Statistika, rəqəmlər insanlarda pessimist əhval-ruhiyyə yaradır. Məsələnin mahiyyəti kənarda qalır. Sovet dövründə hər sinifdə iki əlaçı, üç zərbəçi olurdu. Sinifdə saxlama var idi. İndi isə uşağı sinifdə saxlamaq yoxdur. Bu statistika sovet dönəmində qabardılmayıb. İndi qabardıldığı üçün təəccüb doğurur. Həmişə pis oxuyanlar yaxşılardan çox olublar. Təhsilin keyfiyyəti kimsənin 0 və ya 700 bal toplaması ilə ölçülmür. Test imtahanı tətbiq olunduqdan sonra 700 ballıq sistem dəbə mindi. İxtisas qrupları ilə test tətbiq olunandan sonra belə fərqlər əmələ gəldi".

N.İsrafilov qeyd edib ki, "sıfır" və "iki"yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik:

"Univeristetlərin plan yerlərini doldurmaq üçün 100-150 balla ali məktəblərə abituriyentləri qəbul etdik. Biz həmişə yüksək göstəriciləri əsas götürmüşük.

Bu il 700 bal toplayan olmayan kimi haray salırıq. Bal nisbi bir anlayışdır. Bununla ölçülməməlidir. Statistika qabardıldı. 32 min nəfərə yaxın şəxsin 0-150 bal toplaması savadsızlıqla əlaqələndirilməməlidir. Təhsilin keyfiyyətini balla ölçmək yanlışdır".

Ekspert əlavə edib ki, ümumtəhsil məktəblərinin işi ali təhsil müəssisələrinə tələbə hazırlamaq deyil:

"Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi şəristəyə əsaslanan şəxsiyyət yönümlüdür. Biz vətəndaş hazırlamalıyıq.

Bizim 44 günlük müharibəmizi 700 bal toplayanlar qazanmadılar. Xalqla bağlı olanlar oldu. Günahkar bizik. Bu məsələnin üzərinə yetərincə getməməliyik. Həmişə aşağı nəticələrə görə pislər unudulurlar. O balı toplayanların hamısı bizim övladlarımızdır. Vətənə xidmət edəcəklər. Məsələnin üstünə bu qədər getmək olmaz. Bu balla təhsil dağılmır, çökmür. Aşağıları yuxarıların səviyyəsinə çatdırmaq lazımdır. Bu, düşünmək üçün siqnal oldu".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1533   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.