Azərbaycanın qəhrəman ordusu onların da qisasını alıb: "Ballıqaya faciəsi"ndən 30 il ötür…

Azərbaycanın qəhrəman ordusu onların da qisasını alıb: "Ballıqaya faciəsi"ndən 30 il ötür…Azərbaycan xalqı uzun illər erməni terrorçuların törətdiyi qırğınlardan, beynəlxalq ictimaiyyətin susması nəticəsində daha da azğınlaşan Ermənistanın quldur dəstələri vasitəsilə həyata keçirdiyi soyqırım və işğaldan əziyyət çəkib. Bu gün xalqımıza qarşı törədilmiş həmin cinayətlərin hər birinin qisası alınıb, Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında böyük şücaət göstərərək işğala son qoyub. Lakin Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında dəfələrlə dediyi kimi, Azərbaycan xalqına qarşı yönəlmiş qırğınların heç biri unudulmayacaq, təcavüzkar Ermənistan hüquqi müstəvidə cavab verməyə məhkum ediləcək.

Qüdrətli Azərbaycan dövləti, onun lideri və ətrafında yumruq kimi birləşən xalqı 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, illərin həsrətini sonlandırdı, düşmənə sarsıdıcı zərbə vurdu. Ancaq danılmaz həqiqət var ki, qayıtdığımız torpaqların bəlkə də hər qarışında erməni quldurları xalqımıza qarşı saysız-hesabsız vəhşiliklər törədiblər. Torpaqlarımız işğaldan azad edilsə də, ermənilərin törətdikləri həmin qətliamlar heç zaman unudulmayacaq, əli Azərbaycan xalqının qanına batmış son terrorçu cavab verənə qədər mübarizəmiz başa çatmayacaq.

Bu gün Azərbaycan xalqının heç zaman unutmayacağı günlərdən biri, qan yaddaşımıza çevrilən "Ballıqaya faciəsi"nin ildönümüdür.

1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.

Tarixdə "Ballıqaya qətliamı" kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

"Ballıqaya qətliamı"nın canlı şahidi Şəhla Quliyeva müsahibələrindən birində göz yaşları içində faciəni xatırlayaraq deyir ki, səhər saat beş radələrində ermənilər işıqlandırıcı fişənglərdən istifadə edərək hücuma başlayıblar. Çadırlarda məskunlaşan dinc əhali gülləbaran edilib. Erməni quldurları tərəfindən Şəhla Quliyevanın qayınanasına 88 güllə vurulub. Onun baldızları olan Kəmalə və Zeynəb isə həmin vaxt ermənilərin buna qədər Başqışlaqda törətdiyi vəhşilikləri yada salaraq, dəhşət içində eyni şeyləri yaşamaqdansa, ölməyin daha yaxşı olduğunu bildiriblər.

Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edib. Belə ki, qətliamda altı uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə, qətlə yetirilən 24 nəfərdən altısı yaşlı şəxslər olub. Onlardan ən böyüyü Vəliyeva Zeynəb Hüseyn qızı 93 yaşında olub. Ümumilikdə Ballıqayada qətlə yetirilmiş 11 kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın olub. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yanıb.

Bundan əlavə qətliam zamanı 9 nəfər – Məhərrəmov Yaqub Cəmil oğlu, Məhərrəmova Xoşbəxt Kamil qızı, Məhərrəmova Südabə Cəmil qızı, Muradova Xuraman Məhəmməd qızı, Quliyeva Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyev Elxan Rəhbər oğlu, Mehdiyev Məhəmməd Rəhbər oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı ağır bədən xəsarəti alıb. Uzunmüddətli müalicə prosesinə baxmayaraq, onlardan bir çoxunun sağlamlığını bərpa etmək mümkün olmayıb. Hadisə nəticəsində yaralanmış üç azyaşlı uşaq hər iki valideynini itirib.

Erməni quldurları Ballıqayada üzərində heç bir silah olmayan, özünü müdafiə etmək imkanlarından məhrum dinc sakinlərə amansızlıqla hücum edərək, bəşəriyyətə qarşı növbəti cinayətlərini törədiblər. Qana susamış qatillər Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldə olduğu kimi Ballıqayada da öz iyrənc xislətini, Azərbaycan xalqına qarşı kinini ortaya qoydu, bu qətliamı törətməklə dünya tarixinə növbəti qara ləkə kimi düşdü. Ermənilər bütün bu faciələrdə günahsız, ən əsası isə əliyalın insanları hədəf seçməklə əsl simalarını ortaya qoydular. Onlar üçün yaşlı, qadın, uşaq fərq etmədi. Çünki qətlə yetirilənin sadəcə azərbaycanlı olması belə vəhşi ehtirasların quluna çevrilmiş iyrənc ruhlarını bədənlərindən ayırmağa, sonsuz həzz almağa kifayət edirdi. Erməni cəlladları Ballıqayada, Xocalıda və xalqımıza qarşı dəhşətli cinayət törətdikləri bütün digər məqamlarda insanlıq üçün utanc mənbəyinə çevriləcək hər cür məkrli, iyrənc əməllərə imza atdılar, sadə vətəndaşları amansızlıqla, üstəlik bundan zövq alaraq qətlə yetirdilər.

Tarix göstərir ki, ermənilər üçün heç bir müqəddəs anlayış, hörmət və ehtiram göstərdikləri heç bir məfhum yoxdur, onlar sadəcə ruhlarını qidalandıran ifrat düşmənçilik ideyalarının quluna çevrilib, öz xain əməllərinin icrası üçün bəşəriyyətin sahib olduğu bütün dəyərləri ayaq altına səriblər.

Odur ki, bu xisləti daşıyan düşmənə qarşı heç zaman unutqanlığa yol vermək olmaz. Bu gün Azərbaycan dövləti və xalqı da məhz bu prinsipi rəhbər tutur. Ədalət öz yerini tapıb, "Ballıqaya"nın da digər cinayətlərin də qisası alınıb, erməni şovinizmi üzərində parlaq qələbə qazanılıb, lakin tarixi unutmaq və unutdurmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, təcavüzkar bütün cinayətlərinə görə mütləq cavab verəcək.

Çünki cəzasını çəkməyən hər bir qatil, həmin əməli bir gün mütləq təkrarlayacaq. Erməni terrorçuların 90-cı illərdə törətdikləri qətllərə dünya göz yumduğu üçün onların cəzası gecikdi. Nəhayət 44 günlük müharibə dövründə ermənilər yenidən həmin cinayətləri törətdilər. Bərdə, Gəncədə dinc insanların hədəf alındığı hücumlar edildi.

Azərbaycan Prezidenti Gəncəyə edilmiş namərd hücumla bağlı danışarkən bunu hərbi cinayət adlandırıb:

"Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar".

Onlarla dinc sakin, körpə uşaqlar, yaşlılar bu xain hücumların qurbanı oldular. Döyüş meydanında ordumuzun qarşısından qaçanlar, üzbəüz döyüşə mərdliyi, şərəfi, ləyaqəti çatmayanlar cəbhədən çox uzaqlardakı şəhərlərimizə hücumla bir daha bizə öz xislətlərini xatırlatdılar. Göstərdilər ki, tarixi unutmaq olmaz, terrorçu kimliyi şüuruna hopan ermənilər üzərindən illər keçsə də, həmin mənfur xüsusiyyətlərini qoruyub saxlayırlar.

Azərbaycan dövlətinin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də öz çıxışlarında erməni vəhşiliklərinə diqqət yetirib, törədilmiş cinayətlərin hər birinin - 90-cı illərin əvvəlləri, həm də Vətən müharibəsinin gedişində törədilmiş cinayət əməllərinin, ölkəmizin sərvətlərinin istismarı ilə bağlı qanun pozuntularının hər birinin araşdırılacağını və hüquqi qiymət veriləcəyini bildirib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, törədilmiş vəhşiliklər unudulmayacaq, erməni terrorçular, xalqımızın sərvətlərini talan edənlər beynəlxalq məhkəmələrə veriləcək.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib:

"Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi"nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq".

Azərbaycan Prezidentinin dediyi kimi, bu yaddaş bizimlə qalacaq, qəlblərimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı nə "Ballıqaya faciəsi"inin qurbanlarını, nə Xocalını, nə Qaradağlını, nə Ağdabanı, nə Başlıbeli, nə də törədilmiş digər cinayətləri unutmayacaq. Xalqımız bu gün "Ballıqaya faciəsi"nin 30-cu ildönümündə faciənin günahsız qurbanlarını hörmət və ehtiramla yad etdiyi kimi bundan sonra bəşəriyyət var olduqca bu tarixləri yaddaşından silməyəcək. Azərbaycan dövlətinin, onun liderinin və xalqının haqlı mübarizəsi sonda bütün cinayətkarların törətdiyi əməllərə görə cavab verməsi, ədalətin parlaq zəfəri ilə yekunlaşacaq!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.