Məşhur "Təbrizin sehrli nağılları" kitabının müəllifi vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur "Təbrizin sehrli nağılları" kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.
"Report"un xəbərinə görə, bu barədə C.Həsənzadənin həmkarları bildiriblər.
Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-cü ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına Pedaqoji Universitetin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət Gimnaziyasında dərs deyib.
1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.
1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. C.Həsənzadə "Müxtəsər incəsənt tarixi" (1999), "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyasının (1999) və "Тебризская школа в контексте мусульманской миниатюрной живописи" (XIV - I половина XVI вв.), "Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq" kitablarının müəllifidir.
"Təbrizin sehrli nağılları" kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub. Azərbaycanın tətbiqi sənətinə geniş yer verildiyi kitab tariximizi, mədəniyyətimizi dünyada tanıtdırmaq baxımından növbəti uğurlu nəşrlərdən biri kimi qiymətləndirilir.
Daha əvvəl İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib. "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?", - səfir sosial şəbəkə hesabında qeyd edib. Bundan sonra bir sıra ictimai fəallar, tanınmış şəxslər sosial şəbəkə hesablarında "Təbrizin sehrli nağılları" ilə bağlı paylaşımlar edirlər.
Allah rəhmət eləsin!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1157 Tarix: 28 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBolqarıstanda Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında dron partlayıb
Bolqarıstanın hava məkanına Rumıniya tərəfindən daxil olan dron qısa müddət sonra sərhəddən təxminən 100 metr kənarda partlayıb. "Report" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev Təhlükəsizlik Şurasının təcili iclasından sonra bildirib. Hadis
08.08.2026 154 Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib. "Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib. Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş v
08.08.2026 178 Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər
08.08.2026 171 Gürcü ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaradıb
Ötən ilin avqustunda baş tutan Vaşinqton görüşü Cənubi Qafqaz regionunda sülh üçün möhkəm təməl yaradıb. Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin (GSAM) rəhbəri, siyasi şərhçi Valeri Çeçelaşvili deyib. O, Vaşinqton görüşünü bütövlükdə bölgə üçü
08.08.2026 155 Kanalda batan 21 yaşlı Aminin FOTOSU
Xəbər verdiyimiz kimi, 21 yaşlı Amin Zamir oğlu Əhmədov Beyləqan rayonunda kanalda batıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda baş verib. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlər
08.08.2026 166 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa məktub ünvanlayıb. BİG.AZ -a istinadən məktubu təqdim edir:. "Hörmətli cənab Prezident,. Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasınd
08.08.2026 155 Qızıl bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüşün qiymətlərində artım qeydə alınıb. xəbər verir ki, qızılın fyuçerslərinin qiyməti 0,61 faiz yüksələrək 1 unsiya üçün 4 326 ABŞ dollarına çatıb. Gümüşün fyuçersləri isə 1,49 faiz bahalaşaraq 1 unsiya üçün 62,52 ABŞ dolları təşkil edib
08.08.2026 114 Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb. -a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkə
00:13 117 Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibb
08.08.2026 191