Elektron siqaret partladı, ayağı yandı
Şotlandiyanın Kilmarnok şəhərinin sakini Bleyr Ternbull elektron siqaretin partlaması nəticəsində 3-cü dərəcəli yanıq alıb.
Milli.Az bildirir ki, bu barədə "Daily Record" məlumat yayıb.
Hadisə kişinin atası ilə birlikdə gəldiyi barda baş verib. 26 yaşlı Ternbull elektron siqaretin olduğu cibindən tüstü çıxdığını görüb. Kişi əlini cibinə salanda cihaz qəfildən partlayıb.
Ternbull yanğını söndürmək üçün insanların gözü qarşısında tez şalvarını çıxarmalı olub. Elektron siqaret onun şalvarında deşik açıb və kişinin ayağında ağır yanıq izi buraxıb. "Yanıqlar o qədər şiddətlidir ki, vətərlərinə qədər gedib çıxıblar", - kişi deyib.
Ternbull təcili olaraq xəstəxanaya çatdırılıb, orada həkimlər onun yaralarını akkumulyator turşusu və siqaret yağından təmizləyiblər. Yaranın sağalması üçün bud nahiyəsindən dəri transplantasiyası tələb olunub.
Cihaz onun ayağından əlavə Ternbulun qolunu da yandırıb. "Orta barmaqdan başqa bütün barmaqlarda qabarcıqlar var idi və ovucda üç-dörd böyük qabarcıq var idi", - kişi deyib.
Ternbull deyib ki, bir daha cibinə elektron siqaret qoymayacaq. Kişi həmçinin insanları onun səhvini təkrarlamamağa və yanlarında elektron siqaret saxlamamağa çağırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 28 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd
08.08.2026 180 Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat
08.08.2026 150 İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönüm
08.08.2026 199 Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar
Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmi
08.08.2026 157 8 gün iş OLMAYACAQ - TƏQVİM
2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c
00:07 126 Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ
Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır. Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu"
00:11 124 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. "Report" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. "Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hav
08.08.2026 165 Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə
08.08.2026 179 Kanalda batan 21 yaşlı Aminin FOTOSU
Xəbər verdiyimiz kimi, 21 yaşlı Amin Zamir oğlu Əhmədov Beyləqan rayonunda kanalda batıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda baş verib. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlər
08.08.2026 166