"100 manata intim əlaqə təklif etdi" - Bakıda xalası oğlundan hamilə qalan arvadını bıçaqlayan kişinin cinayət işi +FOTO

"100 manata intim əlaqə təklif etdi" - Bakıda xalası oğlundan hamilə qalan arvadını bıçaqlayan kişinin cinayət işi +FOTO2021-ci il iyulun 1-də Sabunçu rayonu Balaxanı qəsəbəsində 1985-ci il təvəllüdlü Lalə Məmmədovanın bıçaqlanması barədə polisə məlumat daxil olur. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları cinayəti törədən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Həbib Məmmədovu qəsəbə ərazisində saxlayıblar.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi sənədi

BiG.AZ lent.az-a istinadən sözügedən cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Həbib Məmmədov ayrı yaşamalarına baxmayaraq keçmiş arvadı Lalə Məmmədova ilə münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, qadın onunla birgə yaşamaqdan imtina edib. Buna görə də iyulun 1-i saat 23 radələrində Həbib Məmmədov sərxoş vəziyyətdə bıçaq götürüb Lalə Məmmədovanın yaşadığı evə gəlib. Baş vermiş növbəti mübahisədən sonra 3 yaşlı oğlu Abdulla Məmmədovun gözləri qarşısında bıçaqla ona 4 dəfə zərbə vurub və aldığı xəsarətlərdən öləcəyini zənn edərək, hadisə yerini tərk edib. Yaralı ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.

İş üzrə dindirilmiş Həbib Məmmədov bildirib ki, 2010-cu ildə Lalə Məmmədova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib:

"Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə işləyirdim. Hadisədən 6-7 ay əvvə arvadımla qeyri-rəsmi ayrıldıq və anamın evinə köçdüm. 2021-ci il iyunun 30-u saat 22 radələrində yan evdən kişi səsi eşitdim. Qəzəblənərək pəncərəni döydüm. Amma Lalə pəncərəni açmadı. Arxadan nə istədiyimi? soruşdu, mən də onu görmək istəmədiyimi bildirdim. Həmin vaxt düşündüm ki, qadın evdə yad kişi olduğu üçün məni içəri buraxmır. Onu öldürməyi qərarlaşdırdım. İyulun 1-də axşam işdən qayıdandan sonra hamamda gizlətdiyim bıçağı götürüb arvadımın qaldığı evin qapısını döydüm. Lalə qapını açdı. Həyətə daxil olub, çöl darvazanı bağladım ki, hadisənin şahidi olmasın. Qapını bağladıqdan sonra Lalədən evində dünən kişi olub-olmadığını soruşdum. O, isə anasının gəldiyini dedi. Arxa sol cibimdən bıçağı çıxarıb qadının bədəninə zərbələr endirdim. Lalə yerə yıxılanda kiçik oğlum həyətə qaçdı. Onun öldüyünü düşünüb, oranı tərk edərək, öz qaldığım evə gəldim. Hamam otağında əl-üzümü yuyaraq, evdən çıxdım və qəbiristanlığa getdim".

Bir müddətdən sonra mülki geyimli polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə aparıblar. Zərərçəkmişin hadisə zamanı hamilə olmasını cinayət məsuliyyətinə cəlb olunandan sonra bilib.

Zərərçəkmiş Lalə Məmmədova ifadəsində göstərib ki, heç yerdə rəsmi işləməsə də, ara-bir qonşu və qohumların evlərində xadimə kimi çalışıb, çörək pulu qazanıb:

"Yaşadığımız ünvanda iki həyət evi yerləşir. Birində mən ərim və övladlarım, digərində isə Həbibin valideynləri və qardaşı yaşayırdı. Ailə həyatı qurduqdan bir müddət sonra Həbib spirtli içki aludəçisi olmuşdu, sərxoş halda vaxtaşırı evdə münaqişə yaradırdı. Buna baxmayaraq heç vaxt polisə şikayət etməmişəm. 2020-ci ilin əvvəllərində Həbibdən ayrılmaq qərarına gəldim. Yoldaşım valideynlərinin yaşadığı evə köçdü, mən isə övladlarımla evimizdə yaşamaqda davam etdik. 2021-ci ilin aprel ayında məhkəmə yolu ilə boşandıq. Boşanmağımıza baxmayaraq, Həbib mütəmadi məni narahat edirdi, içkili vəziyyətdə evə gələrək məni söyürdü. Övladlarıma görə onu bağışlasam da Həbiblə evlilik həyatını bərpa etmək istəmirdim. İyulun 1-i saat 23 radələrində evdə mən, kiçik oğlum və qonşumun uşağı olmuşuq. Evin qapısını açanda Həbibi görüb onu içəri buraxdım. Darvazanı bağlayan əri barışmaq istəyib-istəmədiyimi soruşdu. Mən də Həbibə sən bir özünə bax, sərxoş halda aşa-aşa gəlmisən evimə cavabı verdim. Mənə 100 manat müqabilində intim əlaqədə olmağı təklif edəndə, dedim ki, ayıb olsun, mən sənin üçün əxlaqsız qadınam bəyəm? Həbib sol əlini cibinə salaraq sağ əli ilə boğazımdan tutaraq məni özünə tərəf çəkdi. Bıçaqla qarnıma zərbələr vurdu. Özümü müdafiə etmək üçün Həbibi itələyəndə, yoldaşım sol ayağıma xəsarətlər yetirdi. Səs-küyə həyətə çıxan oğlum aramıza girdi. Övladımı özümdən kənarlaşdırmaq istədim ki, ona zərbələr dəyməsin. Həbib artıq öldüyümü zənn edib dayandı. Daha sonra çıxıb getdi".

Hadisənin törədildiyi bıçaq

Zərərçəkmiş əlavə edib ki, 2020-ci ilin yanvar ayında yoldaşı ilə ayrıldıqdan sonra xalası oğlu ilə yaxın münasibətdə olub və ondan hamilə qalıb.

Şahid Minəvər Sadıxova ifadəsində göstərib ki, kürəkəni Həbib Məmmədovun spirtli içki aludəçisi olması, evdə yoldaşı Laləni təhqir etməsi onların boşanmasına səbəb olub:

"Buna baxmayaraq, Həbib həmişə içkili halda Lalənin yaşadığı evə gedərək onu söyürdü. İyulun 1-i saat 23 radələrində qızım zəng vuraraq Həbibin gəlib onu bıçaqladığını dedi. Dərhal təcili yardıma məlumat verdim və Lalənin evinə yollandım. Təcili tibbi yardım işçiləri gəlib onu 3 saylı xəstəxanaya apardılar".

Hadisə baş verən ev

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbib Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub.

"100 manata intim əlaqə təklif etdi" - Bakıda xalası oğlundan hamilə qalan arvadını bıçaqlayan kişinin cinayət işi +FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2740   Tarix: 27 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 223
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 165
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.