"Maskanı yenidən məcburi edə bilərlər"- Deputatdan XƏBƏRDARLIQ
"Sentyabr ayından hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ölkədə koronavirusa yoluxma hallarının sayının artmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, qonşu dövlətlərdə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq sentyabrdan qabaqlayıcı tədbirlər görülməlidir:
"Sentyabrdan hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir. Dövlətimiz də həmişə bunu diqqət mərkəzində saxlayır. Ona görə də, vaxtaşırı məlumatlar verilir. Azərbaycanda da, dünya dövlətlərində də yoluxmaların sayının artması, azalması haqqında hər gün məlumatlar gedir. Dünənki xəbərlərdə də Türkiyənin Səhiyyə Nazirliyinin məlumatı getdi ki, Türkiyədə meymunçiçəyinə yoluxmaların sayı artır. Bütün bunları nəzərə alaraq, qonşu dövlətlərdəki, dünya dövlətlərindəki, bizimlə sıx əlaqələri olan dövlətlərdəki vəziyyəti, eyni zamanda ölkə daxilindəki epidemioloji vəziyyəti nəzərə alaraq, hökmən qabaqlayıcı tədbirlər görülməlidir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olan Qərargah da bunu diqqətdə saxlayır. Yəqin ki, lazımi tədbirlər görüləcək".
E.Məmmədov bildirib ki, tədbirlərin nələrdən ibarət olması Operativ Qərargahın verdiyi qərarlardan asılı olacaq:
"İndi mən bu sahədə mütəxəssis deyiləm, ancaq başımıza gələnlər bizə örnək olmalıdır. Yoluxmanın dərəcəsindən asılı olaraq, ola bilər ki, kütləvi tədbirlərə də gedilsin, yəni demirəm olsun, amma ola bilər ki, müəyyən tədbirlər tətbiq edilsin. Yaxud ola bilər ki, maska məsələsinin yenidən məcburi olması gündəmə gətirilsin. Vəziyyətdən asılı olaraq, yoluxmanın sayı kütləviləşsə, məktəblərimizdə ola bilər ki, yenidən distant təhsilə keçirilə bilər. Bunların da hamısı mütəxəssislərin, Qərargahın verdiyi qərarlardan asılı olacaq". (azxeber)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 984 Tarix: 27 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 223 Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 136 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 165 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176