Hikmət Hacıyev: "Zabux və Sus kəndlərinə faktaraşdırıcı missiyalar həyata keçiriləcək"
"Səfirlər azad olunmuş ərazilərdə bu miqyasda dağıntıdan sonra Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycandan təzminatların istənilməsi məsələsi ilə bağlı Şuşada keçirilən beynəlxalq konfransda suallar ünvanladılar. Riyakarlığın nümunəsinə baxın ki, Azərbaycana qarşı bu qədər dağıntı törədəndən, bu qədər vəhşilik və vandalizm həyata keçirəndən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində irqi ayır-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası əsasında Azərbaycana qarşı iddialarla çıxış edir".
APA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, bu iddiaları irəli sürən dövlət beynəlxalq ictimaiyyət qarşısında utanmalıdır: "Hər halda Azərbaycanın cavabı çoxdur və həmin konvensiyalar araşdırılaraq Azərbaycan Ermənistana qarşı iddialar qaldırır. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı dövlət ittihamı əsaslı müraciəti var".
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən Zabux və Susda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirilib: "Düzdür, onların arzuladıqları formada geniş miqyasda məskunlaşma həyata keçirilmədi. Çünki bu ərazilərə baxanda görürük ki, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində belə hansı şəraitdə yaşayırmışlar. Bura xaricdən hər hansı erməninin gətirilib yaşaması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçiriblər. Xüsusən də bunu Laçında - Zabux və Sus kəndlərində müşayiət etdik. Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə, hərbi cinayətlər kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Bununla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı missiyalar, sənədləşdirmə missiyaları həyata keçiriləcək. Lazımi hüquqi ekspertiza və qiymətləndirmədən sonra növbəti addımlar da düşünüləcək və nəzərdən keçiriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 27 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 223 Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 136 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 165 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176