Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi + FOTO

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi + FOTOKulis.az məşhur meyxana ustası Bayram Kürdəxanılı haqqında on maraqlı fakt əldə edib.

BiG.AZ həmin məqaləni təqdim edir:

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-də Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Ali təhsil almaq istəsə də, bu arzu ona qismət olmayıb.

Yeniyetməlik illərində səkkiz il futbolla məşğul olub. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi + FOTOÖzünün sözlərinə görə, bütün meyxanalarını bədahətən deyib. Heç bir hazırlıqsız toya gedəndə toyun böyük-kiçikliyini öyrənib meyxana deyib.

Bir dəfə Elçin Maştağalı ilə gecəyə bir toydan adama bir "Jiquli"nin pulunu yığıblar. Bayram həmin pula maşın da alıb, Elçin isə qumarda uduzub.

Orenburqda əsgərlikdə olanda bir yunan qızı ilə tanış olub. Əsgərliyi bitirib gələndən sonra Moskvada gül alveri ilə məşğul olur. Bakıdan Rusiyaya qərənfil aparıb satıb. Həmin ərəfədə tanış olduğu yunan qızını tapıb onunla evlənmək istədiyini deyir. Qızın atası hərbçi olur, qızını Bayrama vermək istəmir, anası isə əksinə, deyir ki, qızımız istəyirsə, getsin. Onlar ailə qururlar, bu evlilikdən Bəhram adlı oğulları doğulur. Bir müddət sonra isə Bayramın həyat yoldaşı qəzaya düşərək həlak olur.

Bayram oğluna kiçik toy edib onu müsəlman etdirir. Bir neçə dəfə Bakıya da gətirir. Dəmiryol institutunda oxuyan Bəhram Azərbaycan dilində yaxşı danışa bilir. Atasına deyir ki, universiteti bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib-gəlim.

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi + FOTOQardaşı Xəlifə Quliyev Bayramı xatırlayarkən deyir:

"Valideynlərim, mən, hər kəs ona evlən deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, iki gün evdə, iki ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm, sənə artıq bir yük qoyub gedim. Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm, getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi, belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə reanimasiyada idi. Qucaqlaşdıq, iki dəqiqə sonra keçindi. Ondan dörd ay sonra anam rəhmətə getdi, dözmədi".

Tələbəsi Sahib Kürdəxanılı isə 12-13 yaşından Bayramı bütün toylarda izlədiyini xatırlayır:

"Bayram hansı toyda olurdu, gedib mağarın kənarında onu izləyirdim. Hər kəs ona deyirdi ki, niyə evlənmirsən? Dəfələrlə mənim yanımda oturub ağlayıb ki, "kimisə bədbəxt etmək istəmirəm, mən çox yaşamayacağam".

Bayram Kürdəxanılı 2014-cü ildə şübhəli şəxs qismində saxlanılır. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilərək bir il həbs cəzası alır. 2015-ci ildə həbsdən azad edilib.

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi + FOTO1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib:

"Onun ağrıları çox pis olur. Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı".

22 avqust 2017-ci il tarixində gecə toydan evə qayıdarkən isə yolu keçərkən onu maşın vurur. Bayram ağır bədən xəsarətləri alır. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1237   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 163
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.