İslamiadada yüksək nəticə göstərmiş idmançılar və məşqçiləri mükafatlandırılacaq - 10 MİLYON AZN
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılacaq.
BiG.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə hər bir idmançı üçün ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 22 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar
Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
04.05.2026 283 Ukrayna dronları 9 May paradında Moskvada olacaq - Zelenski
Uzun illərdən sonra ilk dəfə olaraq Moskvadakı parad hərbi texnikasız keçiriləcək və bu, Vladimir Putin rəhbərliyindəki Rusiyanın əvvəlki qədər güclü olmadığını nümayiş etdirir. xəbər verir ki, Zelenski bu barədə İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılış mərasimində çıxışı zaman
04.05.2026 282 Xatirələri dəyərə çevirən komanda-Dola Gövhər
"Biz tədbir təşkilatında qiymətdən daha çox güvən və dəyərə önəm veririk. Komandamız uzun illərin təcrübəsinə əsaslanaraq fəaliyyət göstərir və insanların ən özəl günlərinin yaddaqalan olması üçün böyük səylə çalışır". BİG.AZ-ın "Səmimi söhbət" proqramının qonağı "Xarıbülbü
04.05.2026 283 Arıqlama iynələri içkini tərgitməyə kömək edirmiş
Arıqlamaq üçün istifadə olunan inyeksiya preparatları alkoqol asılılığı ilə mübarizədə əlavə vasitə ola bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, bu cür dərmanlar spirtli içki istifadəsinin həm tezliyini, həm də həcmini azaltmağa kömək edə bilər. Bildirilir ki, xüsusil
04.05.2026 270 Təlim mərkəzində bədbəxt hadisə: kursant öld
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı araşdırmalar aparılır
04.05.2026 246 Ukraynanın Aİ-yə üzvlük yolu: danışıqlar 2027-ci ildə başa çata bilər - POLİTOLOQDAN AÇIQLAMA
Ukraynanın Avropa İttifaqına üzvlük prosesi yeni mərhələyə qədəm qoyub. Brüssel və Kiyev arasında aparılan danışıqlara əsasən, ölkənin Avropa Birliyinə inteqrasiyası üzrə müzakirələrin 2027-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Müharibə şəraitinə baxmayaraq, Ukrayna islahatlar paketin
04.05.2026 228 Əliyevin video çıxışı: sülh reallığı və yeni regional balans
"Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" şüarı altında keçirilən "Avropa Siyasi Birliyi"nin VII zirvə görüşü İrəvanda başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sammitə videoəlaqə vasitəsilə qoşulub. Prezident İlham Əliyev ümumilikdə "Avropa Siyasi Birliyi"ni
04.05.2026 234 Meloninin Azərbaycana səfəri başa çatdı
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını
04.05.2026 259 Meloni Azərbaycana gəldi - Foto
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavin
04.05.2026 259