Polislərin fotolarını yayıb təhqir edənlərə DİN-dən REAKSİYA

Polislərin fotolarını yayıb təhqir edənlərə DİN-dən REAKSİYANəsimi RPİ-nin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib.

"Qafqazinfo" xəbər verir ki, G.Rəhimovanın sosial şəbəkələrdə yaydığı görüntülərlə bağlı polis əməkdaşları ondan şikayətçi olublar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti mövqeyini açıqlayıb. Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, xidmət aparan polis əməkdaşlarının fotoşəkilləri bəzi sosial şəbəkə səhifələrində yayılır, müxtəlif məzmunlu şərhlər verilir, onların təhqirə və hədələrə məruz qoyulması halları baş verir:

"Bu, birmənalı qarşılanmır və hüquq müstəvisində tədbirlər görülür. Bəzi xanımlar var ki, onların hərəkətlərində kifayət qədər təhqir və böhtanla bağlı hüquqi əsaslar olsa da, indiyə qədər səbr, təmkin göstərilib. Dəfələrlə kütləvi tədbirlərdə, sosial şəbəkələrdə əməkdaşlarımız qəsdlə, məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıblar, fotoşəkilləri paylaşılaraq linç ediliblər. Bu, heç kimə sirr deyil və aşkar formada həyata keçirilib. Bunlarla bağlı sosial şəbəkələrdə və DİN-də arxivləşdirilən görüntülər - sübutlar var. Etiraf edilməlidir ki, tərəfimizdən indiyə qədər heç bir fakt sübuta çevrilməklə hansısa xanıma qarşı iddia qaldırılmayıb. Nəticədə bu təmkin bəzilərində arxayınçılıq yaradıb.

Görünən odur ki, hüquqi və etik baxımdan onlar hədə və təhqir dolu aqressiv davranışlarını həm də ona görə nümayiş etdiriblər ki, onlara qarşı polis tərəfindən məsuliyyət yaradan məhkəmə iddiası qaldırılmayacaq. Ancaq hara qədər polis əməkdaşları məqsədli olaraq hədə və təhqirlərə məruz qalaraq, fotoşəkilləri paylaşılaraq linç ediləcək?"

Elşad Hacıyev əlavə edib ki, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd davranış inzibati və cinayət məsuliyyəti yaradır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1016   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar

Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmi

08.08.2026 157
.

Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"

08.08.2026 290
.

Gürcü ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaradıb

Ötən ilin avqustunda baş tutan Vaşinqton görüşü Cənubi Qafqaz regionunda sülh üçün möhkəm təməl yaradıb. Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin (GSAM) rəhbəri, siyasi şərhçi Valeri Çeçelaşvili deyib. O, Vaşinqton görüşünü bütövlükdə bölgə üçü

08.08.2026 155
.

Rusiya hərbçiləri Xarkovda kəndi nəzarətə götürdülər

Rusiya hərbçiləri son 24 saat ərzində Xarkov vilayətində yerləşən İvanovka yaşayış məntəqəsini nəzarətə götürüblər. xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından bəri davam edir

08.08.2026 164
.

Azərbaycanda yandırılaraq öldürülən ƏR-ARVADIN FOTOSU

Avqustun 6-na keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik. İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmə

08.08.2026 402
.

Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq. xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyas

08.08.2026 157
.

8 gün iş OLMAYACAQ - TƏQVİM

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c

00:07 126
.

Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ

Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın

08.08.2026 251
.

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə

08.08.2026 180
.

TOP MP3