Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTOÜç həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkədə ən çox müzakirə edilən üç məsələdən birinin bu proseslə bağlı olduğunu desək, yəqin ki, yanılmarıq.

Məktəbli formalarının qiymətini beş gün əvvəl Bakı Tikiş Evi açıqladı. Bir uşağı məktəbə göndərmək üçün lazım olan digər ləvazimatların təqribi qiymətlərini öyrənmək üçün isə Oxu.Az-ın əməkdaşları müxtəlif növ məhsulların satıldığı və ən çox üz tutulan məkana – "Sədərək" ticarət mərkəzinə baş çəkib.

BiG.AZ Oxu.az-ın reportajını təqdim edir:

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO"Sədərək"də həmişə olduğu kimi, bu gün də sıxlıq yaşanır. Sıxlığın səbəbkarlarının böyük bir qismi isə buraya məhz məktəb ləvazimatları almaq üçün yollanıblar. Burada bir sıra boyu ancaq məktəblə bağlı məhsulların satıldığını görmək mümkündür. Elə ona görə də ilk gördüyümüz mağazaya daxil oluruq. Amma təəssüf ki, hazır olduğumuz nəticəylə qarşılaşırıq, mağaza müdiri danışmaq istəmir. Eyni halı təxminən 5-10 mağazada təkrar yaşayırıq. Səbəb kimi də "icazə yoxdur" deyilir. Nəhayət, cəhdlərimizdən biri nəticə verir.

Cavid Hüseynli adlı satıcı suallarımızı cavablamağa razılıq verir. Onun çalışdığı mağazada min bir çeşiddə məhsul olduğunu deyə bilmərik. Ancaq lazım olan əşyalar mövcuddur. Cavid Hüseynovun mikrofonu görən kimi ilk cümləsi yerli istehsalçıların kağız məhsullarının qiymətlərini süni şəkildə artırmasıyla bağlı olur:

"Yerli istehsalçılar dəftərlərin qiymətini süni şəkildə 50 faiz həcmində artırıblar. Bundan həm biz, həm xalq əziyyət çəkir. Axı bir valideynin ən çox aldığı şey dəftərdir, onu da kağız qıtlığı adıyla qaldırırlar. Bir uşağın məktəb ləvazimatına, heç olmasa, 50 manat pul çıxır, buraya çantanın qiyməti də əlavə olunanda məbləğ 80 manat edir. Gələnlər hər şeydən bir-iki ədəd alırlar, əvvəllər belə deyildi. Kağız olmayan bütün məhsulları xaricdən - Çin, Türkiyə və Rusiyadan idxal edirik, onların qiymətində ötən illə müqayisədə 10 faiz artım var".

Müsahibimiz daha sonra hər bir məhsulun ayrı-ayrılıqda qiymətini də sadalayır:

"24 vərəqli dəftərlərin qiyməti 30-35, 40 vərəqlilərin - 40, 48 vərəqlilərin - 55-60, 100 vərəqlilərin isə 82-90 qəpik aralığındadır. Qələmlərin qiyməti 10-60, silgilərin - 35-60, xətkeşlərin - 10-70 qəpik, karandaşyonanların - 30 qəpik-1,30 manat, flomasterlərin qiyməti isə 58 qəpik-2,60 manat civarındadır. Bunlar dediyim malların topdansatışı zamanı bir məhsulun düşdüyü qiymətdir. Amma bizdə pərakəndə satış da mövcuddur, o zaman dəftərlər 10-20 qəpik, qələmlər 10-15, flomasterlər 20-30-50 qəpik baha satılır. Çantalar isə az qaldığı üçün endirimdədir, 30-35 manata satırıq, amma 50-60 manata satdıqlarımız da olub. Termosların qiyməti isə modelinə, keyfiyyətinə, saxlama müddətinə, paslanıb-paslanmamasına görə dəyişir - 6-20 manat aralığındadır".

Digər bir müsahibimiz isə Eldar Vəliyevdir. O, mağaza müdiri olaraq ancaq pərakəndə satış qiymətləri barədə danışır:

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO"Yerli istehsalla idxal məhsulları arasında 30-40 faiz fərq var. Ümumilikdə isə Azərbaycan bazarında kağızdan başqa, heç bir yerli məhsul yoxdur. Xaricdən gətirilənlər daha bahadır. Amma Rusiya-Ukrayna müharibəsinə görə yerli istehsal da xeyli bahalaşıb. Kağızın qiyməti iki dəfə artıb. Yerli istehsal olan 12 vərəqli dəftər ötən il 10 qəpik idi, bu il 15 qəpikdən satırıq, 50 faiz bahalaşıb. 40 vərəqli dəftərin qiyməti keçən il 25 qəpik idi, bu il 40-45 qəpik civarındadır. 96 vərəqlilər isə xaricdən idxal olunub, onların qiyməti ötən il 80 qəpik-1,20 manat idisə, bu il 1,20-1,50 manat aralığındadır. Qələmlərin qiyməti 10-80 qəpik arasında dəyişir, ötən il 5-7 qəpiyə də qələm tapmaq olurdu. Rəngli karandaşlar 1,50-15 manat, sadə karandaşlar isə 10-70 qəpiyə satılır. Keçən il bundan 50 faiz ucuz idi. Xətkeşlərin qiyməti 30 qəpik-1,50 manat, pozanların - 30 qəpik-1,50 manat, plastilinlərin - 1-15 manat, pərgar dəstlərinin isə 2-6 manat aralığındadır. Düzü, Çin mallarının qiymətində elə də dəyişiklik yoxdur, varsa da, rüsumla bağlıdır, əsasən kağızla bağlı məhsullarda qiymət artımı var".

Buradan ayrıldıqdan sonra ancaq topdansatışın həyata keçirildiyi digər bir mağazaya üz tuturuq. Orada isə mağaza müdiri Bəhlül Zeynalovla həmsöhbət oluruq. Onun dediyi qiymətlər də aşağı-yuxarı əvvəlki mağazadakı ilə eyniyyət təşkil edir:

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO"Dəftərlərdən 12 vərəqlinin biri 10-22, 24 vərəqli - 33, 48 vərəqli - 58, 60 vərəqli - 70 qəpik, 96 vərəqli bir manata düşür. İçərisində 12 ədəd olan sadə qara karandaşların qutusu 70 qəpikdir, bəziləri iki manatadır. Qələm qiymətləri 7-50 qəpik arasında dəyişir. Rəsm albomlarının qiyməti 25 qəpik-3 manat, dəftər üzlüklərinin - 13, kitab üzlüklərinin - 20-25, xətkeşlərin - 15, plastilinlərin - 95 qəpik-2 manat, pərgar dəstlərinin - 70 qəpik-2 manat, karandaşyonanların - 15-70 qəpik, fırçaların - 1-3 manat, pozanların isə 9-30 qəpik aralığındadır. Çantaların ən ucuzu 4,50 manata, ən bahası isə 45 manatadır. Qiymət artımı 10-30 faiz civarındadır, bu isə inflyasiyadan qaynaqlanır. Dəftərləri mən özüm istehsal edirəm. Mağazadakı məhsulların 40 faizi yerlidir. Yerlilər ucuzdur, süni şəkildə də artırıb-etmirik. İdxalı isə Çindən gətirilən mallar təşkil edir".

Elə bu məkanda müştəri ilə də söhbətləşirik. Aygün Abbasova (ad şərtidir) əvvəl qutuyla aldığı dəftər-qələmləri bahalaşma səbəbilə indi sayla aldığını vurğulayıb:

"20 qəpiklik qələmlər indi 40-50, 10 qəpiklik karandaşlar isə 40 qəpiyədir. Çantalarda da ciddi fərq var. Məhsullar minimum 15 faiz bahalaşıb. Dörd övladım var, əvvəl hər şeyi qutuyla alırdım, indi iki-üç ədəd. Övladlarımın arasında yaş fərqi olduğu üçün bütün qruplar üçün qiymət artımı hiss edirəm. Yemək, su qabları olduqca bahalaşıb. Keçən il beş manata alırdıq, bu il 10 manatadır. Dəftərlərdə yerli istehsalla idxal malları arasında qiymət fərqi var, ancaq yerli istehsalın da keyfiyyəti aşağıdır. Dərsliklər də bahalaşıb".

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTODərsliklərdən söz açıldığı üçün bir də dərsliklər satılan mağazadan münasibət öyrənmək istəyirik. Amma satış müdiri ağzından sadəcə: "Dərsliklərin qiyməti 50 faizə qədər artıb", cümləsini qaçırır, ondan sonra danışmaq istəmir.

Həmin mağazanın müştərisi Muxtar Abbasov isə bu məsələdə bizə bir qədər kömək olaraq suallarımızı cavablandırmağa razılıq verir. O, builki kitabların standart olaraq iki manat bahalaşdığını diqqətə çatdırır:

"Ən çox "Azərbaycan dili", "Tarix" və "Riyaziyyat" dərsliklərinə tələb var. Kağızın qiyməti ötən illə müqayisədə 30-35 faiz qalxdığı üçün məhsul da bahalaşıb. Belə ki, kağızın rulonu keçən il 26 manata alınırdı, bu il 48 manatadır. Ən çox kağız Rusiyadan alınırdı. Rusiya isə ağardıcını xarici ölkələrdən idxal edirdi, indi müharibə səbəbilə ağardıcı gətirə bilmir, nəticədə kağız istehsalında problem yaşayır və bizə kağız göndərmir. Ona görə də Çin və Türkiyə kağızından istifadə olunur, nəticədə isə qiymət artır. Keçən il 11 manata olan kitab bu il 13 manata satılır. Əslində, burada sui-istifadə halları da var. Kağızı idxal edənlər süni şəkildə qiyməti bir az daha artırırlar. Nəşriyyat çalışır ki, qiymət qalxmasın, kitabını sata bilsin, amma onluq bir şey yoxdur, kağız qalxıb deyə məcbur qiyməti artırır. Amma iki manatdan çox artırmır, çünki bilir ki, alınmayacaq. Ümumilikdə 30 faiz artım var. Dərsliklərin qiyməti abituriyentlər üçün 10-15 manat, 1-9-cu siniflər üçün isə 5-10 manat arasında dəyişir".

Ticarət mərkəzində son getdiyim yer çanta mağazasıdır. Digər mağazalarda da çanta satılmasına baxmayaraq, burada məhsullar azlıq təşkil edirdi, qiymətlər isə bir qədər baha təsir bağışladı. Burada satış müdiri Araz Əliyev çantaların həm topdan, həm də pərakəndə satış qiymətini bizimlə bölüşür:

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO"Bizdə ötənilki çantalarla builkilərin topdansatışında qiymət fərqi bir-iki manat edir. Pərakəndə isə elə eyni qiymətədir. Pərakəndə satışda ibtidai sinif şagirdləri üçün çantaların qiyməti 20-22, böyüklər üçün isə 20-30 manat civarındadır, ancaq tanınan bir firmanın çantalarını həmişə 15 manata satırıq. Bahalaşma olsa da, bu il biz hər məhsulda bir manat itiririk. Pərakəndə 20 manata satılan məhsul topdan 17 manata satılır. Yuxarı siniflər üçün 25 manata satılan çantanın topdansatış qiyməti 18 manatdır. 28 manatlıq məhsullar isə topdan 22 manata satılır. Bizdə 35 manatdan yuxarı qiymətə çanta yoxdur. Çantaların hamısı Çindən idxal olunur və gömrük rüsumunda artım var".

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTOMəlumdur ki, bəzi valideynlər alış-veriş üçün uzaq məsafəni sevmədiklərinə görə bu məhsulları alarkən yaxınlıqdakı yarmarkalara üz tuturlar. Aradakı qiymət fərqini görmək və vətəndaşlara göstərmək üçün "28 May" metro stansiyası yaxınlığındakı yarmarkaya da baş çəkdik. Satıcının söylədiyi qiymətlər bu şəkildədir:

"12 vərəqli dəftəri 30, 40 vərəqlini - 50, 48 vərəqlini - 70, 60 vərəqlini - 80 qəpiyə, 96 vərəqlini isə 1,10 manata satırıq. Ötən illə müqayisədə dəftərlərdə bahalaşma var, 50 faiz artım olduğunu deyə bilərik. Çantaların qiyməti 10-40 manat arasında dəyişir. 40 manata olan çantalar ibtidai siniflər üçündür, təkərli olur. Qələmlər 10 qəpik-2 manat, sadə karandaşlar 30-40 qəpik, rəngli karandaşlar 1-13 manat, pozanlar 50 qəpik-bir manat aralığında, xətkeşlər 50 qəpik, termoslar 9-20 manat, yemək qabları 3-20 manat, su qabları 4 manat, rəsm albomları 1-4 manat, plastilinlər 1,50-10 manat, pərgar dəsti 12 manat, dəftər üzlükləri 20 qəpik, kitab üzlükləri isə 30-40 qəpikdir".

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTOMüqayisə apardıqda isə dəftərlərdə təxminən 10-15 qəpik, çantalarda 5-10 manat, dəftər-kitab üzlüklərində 7-20 qəpik, pərgar dəstlərində 6-10 manat, xətkeşlərdə 30-35 qəpik, termoslarda keyfiyyətə görə 0-10 manat, pozanlarda 20 qəpik, rəsm albomlarında 75 qəpik-bir manat, qələmlərdə 3 qəpik-bir manat arası fərq olduğunu, yəni yarmarkalarda məhsulların nisbətən baha satıldığını müşahidə edirik. Lakin nəzərə almaq lazımdır ki, yarmarkaların məhsul aldığı yerlərdən biri elə "Sədərək" ticarət mərkəzidir. Ona görə də müəyyən qədər fərqin olması heç də qeyri-adi görünmür.

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ-FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1261   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Azərbaycana gəlmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün ölkəyə səfər etmək istəyir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılı

04.05.2026 375
.

Prezident Melonini belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib

04.05.2026 300
.

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığı alması üçün rüsumun ləğv edilməsi təklif olunur. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. Qanun layihəsi həmçinin Ukraynaya qarşı müharibədə iştirak edən əcnəbilərin vətəndaşlı

04.05.2026 270
.

ABŞ İranı yenidən bombalayacaq

Son günlərdə ABŞ hərbi fəaliyyətini artıraraq Hörmüz boğazında əməliyyatlara başlayıb və bölgəyə minlərlə hərbçi, hərbi gəmi və texnika göndərib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, rəsmi Vaşinqton bunu "humanitar missiya" kimi təqdim etsə də, İran bu addımı açıq hərbi təhdid kimi qiymətləndiri

04.05.2026 261
.

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b

04.05.2026 211
.

Kondisionerlər orta hesabla nə qədərişləyir? - Onların ömrünü uzatmaq yolları

Kondisionelər bəzən sıradan çıxır və çox vaxt ən uyğun olmayan anda işləməz hala gəlir. Mütəxəssislərin fikrincə, hər bir kondisionerin müəyyən istismar müddəti mövcuddur. xarici mediaya istinadla xəbər verir ki, ənənəvi pəncərə tipli kondisionerlər adətən 8-10 il xidmət göstərir. Daha müasir divar tipl

04.05.2026 197
.

Ukraynanın Aİ-yə üzvlük yolu: danışıqlar 2027-ci ildə başa çata bilər - POLİTOLOQDAN AÇIQLAMA

Ukraynanın Avropa İttifaqına üzvlük prosesi yeni mərhələyə qədəm qoyub. Brüssel və Kiyev arasında aparılan danışıqlara əsasən, ölkənin Avropa Birliyinə inteqrasiyası üzrə müzakirələrin 2027-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Müharibə şəraitinə baxmayaraq, Ukrayna islahatlar paketin

04.05.2026 229
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

04.05.2026 309
.

"Ermənistana 28 min ton yük çatdırılıb" - Prezident

"Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib. İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı

04.05.2026 207
.

TOP MP3