"Körpəsini küçəyə, zibilliyə atanlar faktiki olaraq onları öz əlləri ilə öldürürlər" - AÇIQLAMA
Bəzi uşaqların dünyaya göz açandan bəri şansı gətirmir. Çünki dünyaya gələr-gəlməz valideynləri tərəfindən tərk edilir. Əşya kimi küçəyə və ya zibilliyə atılır, istənməyən körpə adlandırılırlar. Tez-tez bu barədə informasiyalar alırıq.
Bəs görəsən, körpəsindən imtina edən valideynləri hansı cəza gözləyir? İstənməyən uşaqları dünyaya gətirib atanların aqibəti necə olmalıdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, uşaqların zibilliyə atılması cinayət hesab olunur:
"Uşaqların küçəyə, zibilliyə atılması cinayətdir. Bu, faktiki olaraq valideynlərin körpələrini öz əlləri ilə öldürməyi deməkdir. Bu, çox ağır şəkildə azadlıqdan məhrumetmə cəzasına kimi yüksələ bilər. Həmin valideyn ən azı 10 il azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır".
Ə.Həsənov qeyd edib ki, valideynlikdən məhrumetmə hüququndan imtinanın cəzası yoxdur:
"Yalnız valideynlər bu halda dövlətə aliment ödəməlidirlər. Məsələyə hüquq və qanundan başqa heç kim təzyiq edə bilmir. İctimai qınağı da sınamalıyıq. Sosial səbəblər bunu etmək üçün səbəb deyil. Bu, fakt hesab olunmur. Ümumiyyətlə uşağı dövlətə təhvil verməyi daha yüksək hesab edirəm".
Hüquqşünas əlavə edib ki, Azərbaycanda aborta münasibət liberaldır:
"12 həftəyə qədər ümumiyyətlə heç bir əsas olmadan abort etmək olar, 22 həftəyə qədər sağlamlıqla bağlı hansısa bir səbəblər varsa, qanun da buna icazə verir. Uşağı dünya gətiribsə, baxması da şərtdir".
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, səbəb nə olur olsun, körpəni atmaq olmaz:
"Belə halların bir sıra səbəbləri var. Cahillik, erkən nikahlar, övlad sevgisinin olmaması, imkansızlıq ola bilər. Lakin səbəbdən asılı olmayaraq, insan öz körpəsini ata bilməz. Övladı saxlaya bilməyəcəksənsə, ailə qurma və ya istəmədiyin övladı dünyaya gətirmə".
M.Qasımlı fikrincə, ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir:
"Ayrı-ayrı şəxslərin belə qeyri-insani hərəkətlərinin yükü yekunda dövlətin üstünə düşür. Sonradan cəmiyyətdə bir sıra sosial problemlər yaranır və onları da dövlət həll etməli olur. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Körpəsindən imtina edənləri televiziyalara çıxarmaq, az qala təbliğ etmək nə qədər düzgündür? Belə hallara qarşı ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1694 Tarix: 21 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 258 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 284 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 301 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 247 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 183 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 208 Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:04 0 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 247 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 290