"Hagi-Vagi" oyuncağının qorxunc fəsadları: Mütəxəssislər nə deyir? - ARAŞDIRMA
Oyuncaqlara münasibət hər zaman fərqli olub. Bəzi valideynlər uşaqları sırf məşğul edən vasitə kimi onlara üz tutublar. Lakin aldıqları oyuncaqların uşaqlarına necə təsir bağışlayacağını düşünmürlər.
"Hagi-Vagi" deyilən oyuncaq son zamanlar dəb halını alıb. Özündə şiddəti təsvir edən bu oyuncaqlar uşaqlar tərəfindən arzuolunandır. Valideynlərin bir qismi uşaqlarının bu istəyini nəzərə alaraq, onlarını arzusunu yerinə yetirirlər.
Bəs görəsən, mənşəyi, mənbəyi bəlli olmayan oyuncaqların uşaqlara hansı təsiri var?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən pediatr Qoşqar İsmayılovun sözlərinə görə, bu tip oyuncaqlar uşaqlarda həmyaşıdlarına qarşı aqressiya yaradır:
"Həqiqətən də son dövrlərdə mağazalarda zərərli, lakin xoş görünən oyuncaqlar satılır. Təbii ki, birmənalı olaraq valideynlərin elə oyuncaqlar alması məsləhət deyil. Uşaqlar çox vaxt oyuncaqları televiziya reklamlarında da görüb tələb edirlər.
Belə oyuncaqların alınması gələcəkdə uşaqların daha da aqressiv olmasına, valideynlərə qulaq asmamasına gətirib çıxarır. Bir növ uşaqlar şiddətə meyilli böyüyürlər. Məsləhət edərdim ki, valideynlər bu tip oyuncaqlar almasınlar".
Q.İsmayılov qeyd edib ki, tüklü oyuncaqlar uşaqlarda tənəffüs yolu xəstəlikləri yarada bilər:
"Oyuncaqları seçərkən, keyfiyyətinə önəm vermək lazımdır. Çünki adi toxunuşdan belə uşaqlara ziyanlı tərəfləri ola bilər. Oyuncaqlar uşaqlarda müxtəlif növ xəstəliklərin yaranmasına gətirib çıxara bilər".
Nevroloq Röyanə Quluzadə isə əlavə edib ki, "Hagi-vagi" oyuncağı uşaqların şüur altında qorxu hissini formalaşdırır:
"Ümumiyyətlə uşaqların sinir sistemi çox həssasdır. Hətta bizim ciddi hesab etmədiyimiz bir çox şeylər uşaqlara ciddi təsir göstərə bilər. Təsadüfi deyil ki, uşağı hər zaman nə iləsə qorxuduruq. Həmin qorxu uşaqların şüur altında daim qalır. Sonradan həmin qorxular fobiya ilə əvəz olunur. Bu oyuncaq da qorxunc personajdır. Oyuncaq olsa da, şüur altında uşaqlarda həyəcan, qorxu formalaşdırır".
R.Quluzadə qorxunc oyuncaqların fəsadlarından danışıb:
"Bu cür oyuncaqlarla oynayan və ya bunun təsirinə məruz qalan uşaqlarda çox vaxt kəkələmə, tiklər formalaşır. Gecə yerini islatmalar olur.
Bütün dünyada hazırda belə bir tendensiya var ki, oyuncaqlar çox ciddi yoxlanılır, uşağın psixologiyasına təsiri nəzərə alınır. Başqa ölkələrdən yoxlanmamış, hansı təsirini bağışlayacağı öyrənilməmiş oyuncaqlar satışa buraxılır. Fəsadları da sonradan ortaya çıxır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1687 Tarix: 21 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 258 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 284 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 301 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 247 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 183 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 208 Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:04 0 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 247 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 290