Əhalinin NƏZƏRİNƏ! Bu yerlərdə ev tikənlər CƏRİMƏLƏNİR - VİDEO
Azərbaycanda, xüsusilə də Abşeron və Bakıda dövlət qeydiyyatına alınmayan evlərin sayı kifayət qədər çoxdur. Bu evlərin böyük əksəriyyəti də tikinti aparılması qadağan olunan ərazilərdə inşa edilib. Bunlar da əsasən qaz, elektrik xətlərinin keçdiyi ərazi və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Belə ərazilərdə ev tikən şəxslər qanuna uyğun olaraq aidiyyəti qurum tərəfindən cərimə olunurlar.
Təyinatı tikinti aparmaq üçün olmayan torpaq sahəsində ev inşa edənlər cərimə olunurlar.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdşları tərəfinan aparılan monitorinqlər zamanı aşkar edildikdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunur. Bu qanunsuz əmələ yol verdiyi üçün, fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, qanunsuz tiklilərin sahiblərini müəyyən məbləğdə cərimə etmək çıxış yolu deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2015-ci ildən hazırki vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə hallarına görə, inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı torağın təyinatının dəyişdirilməsinə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu Nazirlər Kabineti tərəfindən aparıla bilər.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 840 Tarix: 21 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 258 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 284 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 301 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 247 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 183 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 208 Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:04 0 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 247 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 290