Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir? - FOTO

Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir? - FOTOBir neçə gündür ki, Azərbaycanın şimal və şimal-qərb rayonlarında meşə və meşəətrafı ərazilərdə yanğınla davam edir. Bu müddət ərzində ölkənin flora və faunasına ciddi ziyan dəyib. Həmçinin yaşayış yerinə keçdiyi üçün bir neçə ev də yararsız vəziyyətə düşüb.

Yanğının görünən fəsadları hələ ki bunlardır. Amma hadisənin bir də görünməyən tərəfi var. Bu isə turizm, bütövlükdə isə ölkə iqtisadiyyatı ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan turizmi uzun müddət qonşu Türkiyə və Gürcüstanla müqayisədə inkişafdan geri qalıb. Son dövrlər isə aradakı fərqi azaltmaq məqsədilə zəngin meşəsi olan bölgələrimizə dövlət səviyyəsində diqqət ayrılır, o cümlədən sahibkarlar tərəfindən investisiya qoyulur. Turizmin yeni-yeni dirçəlməyə başladığı vaxtda isə meşə yanğınları közərən ümidləri bir növ puç etdi.

Maraqlıdır, yanğınların turizmə, ümumilikdə iqtisadiyyata vurduğu ziyan hansı həcmdədir? Turizmin inkişafdan qalmaması üçün hansı addımların atılması nəzərdə tutulur?

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Oxu.Az-a açıqlamasında bildirib ki, turizmə dəyən ziyanı müəyyənləşdirmək üçün yanğınlar tamamilə bitməlidir:
Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir? - FOTO"Təəssüf ki, yanğınlar hələ davam edir. Turizmə və turizmin infrastrukturuna dəyən zərəri ancaq yanğınlar tamamilə söndürüləndən sonra müvafiq dövlət qurumları ilə birlikdə araşdırma apararaq müəyyənləşdirə bilərik. İndi heç nə demək mümkün deyil".

İqtisadçı-ekspert Fuad İbrahimov də yanğınlar səbəbi ilə iqtisadiyyata dəyən ziyanın dəqiq həcmini deməyin hazırda mümkünsüz olduğunu qeyd edib:
Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir? - FOTO"Çünki biz hansı infrastrukturların yanğından zərər gördüyünü bilmirik. Burada söhbət rabitədən, elektrik enerjisi infrastrukturlarından, su, qaz xətlərindən də gedə bilər. Hamısı hesablanıb dəqiqləşdirilməlidir".

Ekspert turizmə mənfi təsir göstərən digər faktorlardan da söz açıb:

"Turizmimizin qonşu ölkələrdən geridə qalmağının obyektiv və subyektiv səbəbləri var. Buna ilk növbədə pandemiya təsir göstərib. Amma biz nəzərə almalıyıq ki, pandemiya qonşu ölkələrin turizminə də eyni səviyyədə zərər vurmuşdu. Bundan əlavə, quru sərhədlərin bağlı qalması, ölkəmizə viza məsələsində ciddi baryerlərin olması, məsələn, əlçatanlığı şəffaf olsa belə, prosesin çoxpilləli olması da turizmin cazibədarlığını pozan səbəblərdir. Belə bir vəziyyətdə yanğının baş verməsi problemi daha da qəlizləşdirir".

İqtisadçı yanğınların onsuz da kövrək olan Azərbaycan turizminin daha da məhdudlaşmasına yol açacağını deyib:

"Keçən il qardaş Türkiyədə də yanğınlar turizmə ciddi fəsadlar törətdi, iqtisadiyyatına milyonlarla ziyan vurdu. Əgər bizdə də yanğınların miqyası böyüyərsə, cazibədar infrastrukturlara, əyləncə mərkəzlərinə ziyan gələrsə, turist axını kəskin zəifləyəcək. Dediklərim baş verəcəyi təqdirdə turizm sektorunun bərpası çətinləşəcək və bu sektora sərmayə qoyuluşu məhdudlaşacaq. Çünki investorlarda fobiya yaranmış olacaq. Yəni əlverişsiz, riskli mühit yaranır. Ümid edək ki, aidiyyəti dövlət orqanları, FHN bu faciənin öhdəsindən gələcək və dediklərimiz elə proqnoz olaraq qalacaq".

Turizm üzrə ekspert Ceyhun Aşurov isə turizm sektorunun xüsusilə təhlükəsizlik məsələsinə çox həssas olduğunu vurğulayıb

Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir? - FOTO"Hazırda turizmin pik mövsümüdür. Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Regionlardakı hotellər, evlər turistlərlə dolub, qiymətlər də bu səbəblə qalxıb. Bunlar isə gözləniləndir. Gözlənilməz hal təbii fəlakətlər, meşə yanğınları, ümumiyyətlə, ekoloji problemlərlə bağlıdır. Bunlar turistlərin istirahətini pozur, təhlükəsizlik məsələlərini gündəmə gətirir. Xüsusilə təhlükəsizlik məsələsinə turizm sektoru çox həssasdır. Belə ki, hər hansı xoşagəlməz hadisə baş verərsə, dərhal insanlar reaksiya göstərir. Bu isə turistlərin məkanı dəyişməsinə səbəb olur".

Həmsöhbətimiz hesab edir ki, insan faktorundan asılı olan hadisələr yaranmamasına diqqət göstərilməlidir:

"Dəfələrlə informativ məlumatlar paylaşılır ki, insanlar meşəyə plastik qablar, siqaret kötükləri atmasın, ocaq qalayanda diqqətli olsunlar. Amma görünür, bu istiqamətdə maarifləndirici işlər daha da genişləndirilməlidir. Çünki yaşananlar xoşagələn deyil, Ərazinin təhlükəsizliyi qısa müddətdə bərpa olunmalı, vəziyyət nəzarətə götürülməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 273
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 245
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 208
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb

10:22 0
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 278
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 249
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 184
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 261
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 238
.