Binəqədidə su kəmərində qəza olub - FOTO
Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib.
"Azərsu" ASC-dən verilən məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb.
Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra "Azərsu" ASC-nin, rayon İcra Hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib ki, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi tərəfindən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib.
"Azərsu" ASC-nin qəza briqadası tərəfindən su axıntısının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir.
Qeyd edilib ki, fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, tikintilərin magistral və paylayıcı su xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində aparılması baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaradır. Texniki vasitələrlə qazıntı işlərinin aparılması mümkün olmadığından təmir-bərpa işləri olduqca çətin şəraitdə həyata keçirilir və uzun müddət çəkir. Təhlükəsizlik qaydalarına görə, təmir-bərpa işlərinin aparılması üçün kəmərin mühafizə zonası tam boşaldılmalı, texnikanın sərbəst hərəkətinə şərait yaradılmalıdır. Əksər hallarda mənzil və obyekt sahibləri bununla razılaşmır, nəticədə təmir işlərinin başa çatdırılması xeyli vaxt aparır.
Ötən müddətdə Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və s. ərazilərdə magistral su xətləri və kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılmasına kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektləri çətinliklər yaradıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 273 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 245 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 208 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb
10:22 0 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 278 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 249 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 184 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 261 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 238