Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTO

Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTOSosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq "body"lərinin fotoları yayılıb. "Bu evdə mənim sözüm keçər", "Ağıllı olun, 9 ay içəridə yatdım" tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.

Elmi araşdırmalara görə, geyim insan davranışına, sağlamlığına və duyğularına birbaşa təsir göstərir. Bəlkə də, bu səbəbdəndir ki, müxtəlif peşələr üçün xüsusi formalar hazırlanır. Çünki üzərindəki paltar insanda həm də məsuliyyət hissi yaradır. Uşaqlar geyindikləri qiyafəni, eləcə də onun üzərindəki yazıların mənasını dərk etməsələr belə, bu onların formalaşma yolunun bir göstəricisidir, valideynlərinin psixologiyasından, baxış bucağından xəbər verir. Ona görə də belə uşaq paltarlarının satışa çıxarılması ciddi narahatlıq doğurur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir:

Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTO"Qanunvericilikdə öz əksini tapmayıb. Biz dünyanın müxtəlif ölkələrində bu tipdə yazılar çox görmüşük. Qərbin, Avropanın, ABŞ-ın pis adətləri Azərbaycana gəlir, əxlaqa mənfi təsir göstərir. Düşünürəm ki, bizə yaraşmayan bir haldır, belə yazılara nəzarət olmalıdır. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının qarşısını almalıdırlar. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsunlar".

Psixoloq Vəfa Rəşidova isə məsələnin təhsilsizlikdən qaynaqlandığını deyib:

"Bu, bir tərz sayıla bilməz, belə uşaq geyimi olmaz. Bunun kökündə təhsilsizlik dayanır. Əgər valideynlər belə "body"ləri alıb uşaqlarına geyindirirlərsə, deməli, onlar da istehsalçıyla eyni təfəkkürdədirlər. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Bizim geyimimizdəki hər bir detal ruh halımıza, psixologiyamıza ciddi təsir göstərir. İnsan bunun fərqində olsa, aldığı hər şeyə diqqətlə yanaşar. Məhz biganə yanaşıldığı üçün bu gün cəmiyyətimizdə davranış pozğunluğu olan insanlar, uşaqlar həddən çoxdur".

Həmsöhbətimiz qeyd edib ki, belə paltarların geyindirilməsi, uşaqların bu cür cümlələrlə əzizlənməsi onun bir müddət sonra ailədə dominantlıq etməsinə gətirib çıxara bilir:

"Doğrudur, uşaq üzərindəki yazını dərk edəcək yaşda deyil, ancaq bəzən valideyn onu əzizləyəndə belə cümlələr istifadə edə bilir. Biz belə paltarı övladına geyindirən valideynin onu əzizləyərkən bu tip cümlə qurmayacağına zəmanət verə bilmərik. Həmin sözlərlə böyüyən uşaqlar isə dar dünyagörüşü ilə formalaşırlar. Necə ki içdiyimiz suyun, yediyimiz çörəyin ruhumuza təsiri var, eləcə də geyindiyimiz paltar psixologiyamıza təsir göstərir. Məhz belə faktorlara görə uşaqlarımız təhsildən uzaqlaşır, zövqsüzləşirlər.

Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTOGeyim şəxsin kim olmasından, hansı mühitdə böyüməsindən xəbər verir. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən uşaq yeniyetməlik dövrünə çatıb uyğunsuz bir hərəkət edəndə valideyn təəccüblənir, amma bilməlidir ki, körpə ikən dediyi sözlər, tərbiyə üsulu uşağın bugünkü davranışının əsas səbəbidir".

Psixoloq valideynləri övladlarını uşaq yaşdan rəsmə, musiqiyə, idmana, mütaliəyə yönəltməyə səsləyib:

"Ancaq uşağını məhv etmək, kriminal aləmdə görmək istəyən valideyn belə geyimlərə üz tutar. Bəzən valideyn istəyir ki, oğul övladı böyüyəndə ailədə onun sözü keçsin. Az da olsa, bununla qürur duyanlar var. Ona görə də belə geyim seçimləri edə bilirlər. Amma bu cür düşünən analar sonda oğulları tərəfindən döyülür, qocalar evinə yerləşdirilirlər. Uşağa dominantlıq verəndə gələcəyi düşünmək lazımdır. Sevgi belə olmamalıdır. Övladlarımızı cəmiyyətə yararlı yetişdirməliyik. Valideynlər maariflənməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1304   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 273
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 245
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 208
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb

10:22 0
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 278
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 249
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 184
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 261
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 238
.