İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLAR

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARFövqəladə Hallar Nazirliyi əməkdaşlarının bir neçə gündür, sosial şəbəkələrdə dolaşan intim görüntüləri ilə bağlı daha bir maraqlı detal üzə çıxıb. Belə ki, kamera görüntülərinə əsaslanan əksər saytlar bu görüntülərin 8 il öncə - 2014-cü ildə lentə alındığını qeyd edirlər. Əslində isə görüntülər 2014-cü ildə deyil, son illərdə, hətta ola bilsin ki, bu il çəkilib.

BiG.AZ bildirir ki, Bakupost.az-ın məsələ ilə bağlı araşdırması zamanı maraqlı faktlar ortaya çıxıb. Belə ki, yayılan videolardakı tarix və saatla bağlı qeydlərin əksəriyyətində il 2014-ü, saat isə gecə saatlarını göstərir: 04:10, 00:47, 22:55, 23:10, 04:30 və s. Sözsüz ki, bütün dövlət idarələrində iş saatı 6-da başa çatır. Hətta görüntülərdəki şəxslər bir az gec çıxsalar da, onların, xüsusən də qadınların gecə 23.10 və ya səhərə yaxın - 04.30-a qədər işdə qalmaları inandrıcı deyil. Eləcə də otağa düşən işıq, görüntü "qəhərmanları"nın gümrahlığı və söhbətlərində hadisənin gecə saatlarında baş vermədiyi aydın olur. Digər tərəfdən, bəzi görüntülərdə Zaur Mirzəyevin qol saatındakı və stolustu saatdakı vaxt hadisənin gündüz vaxtı baş verdiyini təsdiqləyir. Daha dəqiqi, kamera görüntülərində gecə saatları göstərilsə də, digər saatlar gündüzü göstərir.

Məsələn, bu fotodakı stolüstü saata diqqət etsək, saat 9-a qalır, kameranın saatı isə 04:05-i göstərir.

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARBu fotoda isə Mirzəyevin qol saatında 13:20-dir. Kamera saatı isə 23:14-dür.

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARBu isə bir daha təsdiqləyir ki, çəkilişdə istifadə olunan kamerada vaxt ayarı düzgün tənzimlənməyib. Məlumdur ki, belə çəkilişlər adətən Çin istehsalı olan kameralarla çəkilir. Çin istehsalı olan kameralarda video-qeydiyyat tarixi istehsal ilindən başlayır. Onu ayarlamaq da çətin olur. Çünki tarixi, saatı dəyişmək üçün bir neçə mərhələni keçmək lazımdır. Menyü isə Çin dilində olduqda bu məsələ ikiqat çətinləşir və demək olar ki, mümkünsüz olur. Görüntülərin keyfiyyəti də onu deməyə imkan verir ki, Zaur Mirzəyev intim oyunlarını aşağı meqapikselli Çin istehsalı olan kamera vasitəsilə qeydə alıb. Görünür o, qurbanlarının duyuq düşməməsi üçün bu tip kameradan istifadə edib. Əks halda uzaqdan kamerası açıq qalan telefon qadınların diqqətini çəkər və şübhələnməsinə səbəb ola bilərdi.

Videoların 2014-xü ildə çəkilmədiyini təsdiqləyən başqa məqamlar da var. Zaur Mirzəyevlə cinsi əlaqədə olan qadınların əllərindəki telefonlar 3 kadrda aydın görünür. Bəlli olur ki, onların istifadə etdikləri telefonlar tam ekran smartfonlarıdır.

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARBu smartfonlar isə 2017-ci ildən sonra bazara daxil olmağa başlayıb. Məsələn, smartfon bazarına liderlik edən Apple iPhone tam ekranı 2017-ci ildə tətbiq etdi, əvvəllər ekrana toxunuş düyməsi aşağıda ayrıca düymə kimi idisə, 2017-ci ildən barmaq izi düyməsi displeyin içinə daxil edildi.
Görüntülərə diqqət edəndə aydın olur ki, qadınların əlindəki smartfonlar tam ekrandır.

2014-cü ildə şaquli formada 3 kameralı smartfon olmayıb. Həmin vaxt istehdal olunan smartfonlarda arxa kamera sayı maksimum 1 ədəd olub.

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARBu dəlillər vasitəsilə hadisənin nə vaxt baş verdiyini bir qədər də dəqiqləşdirmək mümkündür. Başqa sözlə, həmin smartfonlarla hadisənin baş verdiyi ili təyin etmək olar. Belə ki, intim görüntüsü yayılan qadınlardan birinin işlətdiyi smartfon 2019-cu ilin oktyabrın 16-da satışa buraxılmış Xiaomi Redmi Note 8 markasıdır. Nəzərə alsaq ki, yeni markalar bizim bazara istehsal olunduqdan bir müddət sonra gəlir, onda əminliklə demək olr ki, görüntülər heç də 2020-ci ildən əvvələ aid deyil. Hətta həmin çəkilişlərin 2021-2022-ci illərdə aparıldığı ehtimalı daha yüksəkdir. Çünki digər smartfonlar daha müasirdir.

İntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARİntim videolar nə vaxt çəkilib? - Sirlər açıldı - FOTOFAKTLARBeləliklə, araşdırmalarımız təsdiq edir ki, görüntüləri qeydə alan kameranın saatı düzgün tənzimlənməyib. Saat ayarlanmaybsa, deməli, il, ay və gün də ayarlanmayıb. Bir sözlə, görüntülər yenidir və güman ki, istintaqın gedişində bu, öz təsdiqini tapacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5046   Tarix: 18 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 110
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 288
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 199
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 209
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 89
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 254
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 253
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 251
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 186
.