Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?
"Kimlərinsə məsuliyyətsizliyi ucbatından baş verən fövqəladə hadisəyə görə dövlət vətəndaşlara dəyən zərəri kompensasiya etməlidir. Ötən gün baş verən yanğın - təbiət hadisəsidir. Ərazidə yaşayan vətəndaşların iradəsi səbəbindən baş verməyib".
Bunu ziyan dəyən evlərə görə kompensasiyanı kimin ödəyəcəyi ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı deyib.
Xatırladaq ki, bir neçə gündür ki, ölkənin şimal bölgəsində güclü yanğınlar qeydə alınır. Avqustun 16-da Şabran rayonunda baş vermiş yanğın hadisəsi səbəbindən yaşayış evlərinə ziyan dəydiyi bildirilib. Yanan evlərdən təxliyə olunanlar qonşu kəndlərə, qohumlarının evlərinə göndəriliblər.
Bəs görəsən, yanğın hadisəsi nəticəsində ziyan dəyən evlərə görə şəxslərə təzminat düşəcəkmi? Ev sığorta olunmadığı halda kompensasiya ödənilə bilərmi?
R.Osmanlı qeyd edib ki, sığortası olmasa belə, şəxsə dəyən zərər ödənilməlidir:
"Hökumət vətəndaşlara dəyən zərərin ödənilməsi üçün müəyyən qərarlar qəbul etməlidir. Qanunvericilik tərəfindən məsələyə baxsaq, təcrübədə kifayət qədər belə hal olduğunu görərik. Çünki regionlarda əksər vətəndaşların bu məsələdən o qədər də məlumatları yoxdur".
Ekspert əlavə edib ki, yanğın kənar təsirlər nəticəsində baş verib:
"Təbii ki, həmin yanğın hadisəsinin qarşısının alınması, məhdudlaşdırılması, lokallaşdırılması vətəndaşların iradəsindən kənardır. Hüquqi baxımdan yanaşsaq, yanğın hadisəsinin meşədən kənara çıxmasının qarşısı alınmayıbsa, fövqəladə vəziyyət hesab olunur. Hökumət bu cür hallarda vətəndaşlara dəyən zərəri qarşılamalıdır".
Hüquqşünas Əsabəli Mustafayev qeyd edib ki, sığorta yoxdursa, insanlara dəyən zərər qarşılanmayacaq:
"Əgər sığorta yoxdursa, bu insanlara yardım edilmir. Təbiət hadisəsidirsə, o zaman kömək olunur. Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. Ev sahiblərinə kömək etmək məqsədi ilə yerlərdəki hakimiyyət orqanları da bunu həyata keçirirlər. Yox, əgər digər səbəbdən, məsələn, qısaqapanmadan yanğın olursa, dövlət tərəfindən heç bir kömək olunmur.
İcra Hakimiyyəti şikayətlərin qarşısını almaq üçün kiçik bir məbləğlə kömək edir. Bununla da işi bitir. Bazar iqtisadiyyatı dövründə mülkiyyət sığortalanmayıbsa, bu halda belə, dövlət kömək etməlidir".
Ə.Mustafayevin sözlərinə görə, Azərbaycanda bütün əmlak və sağlamlıqla bağlı sığortalar könüllü sürətdə olmaldır:
"Maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşları sığortadan istifadə etməyə yönəltməliyik. Məcburi sığortası varsa, müqavilədə göstərilən həddə sığorta ödənişi olacaq. Bu zaman çox kiçik, standart məbləğlər olur. Sığorta idarələri birinci özləri maraqlı olmalı, maarifləndirmə kampaniyası aparmalıdırlar ki, canfəşanlıq olsun. İcbari sığorta varsa, məbləğ ödəniləcək".
Şabran Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, kompensasiya ilə bağlı Milli Məclis qərar verməlidir:
"Bu, hökumətin qərarı olmalıdır. Kompensasiya ödənişi dövlətin verəcəyi qərardan asılıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat
08.08.2026 174 Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası bildirib. Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəy
08.08.2026 162 Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
Ukrayna və ABŞ Kiyevə hər ay "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket əleyhinə vasitələrin tədarük edilməsi barədə razılığa gəliblər. "Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkar
08.08.2026 186 Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə
08.08.2026 203 Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqton Sammitində əld
08.08.2026 195 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. "Report" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. "Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hav
08.08.2026 184 Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb. -a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkə
00:13 279 Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib. "Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçi
08.08.2026 215 ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb
10:30 131