"Məni görəndə Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz danışa bilmir"

"Məni görəndə Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz danışa bilmir""Aktyorluq asılı sənətdir. Gərək səni dəvət edələr. Mən elə aktrisayam ki, kaprizliyəm. Dəvət alanda ilk əvvəl ssenarist və rejissorla danışıram. Gərək zəngin xarakter ola. Artıq o yaşımdır, seçim edirəm. Əvvəl elə rejissorlarla işləmişəm ki, seçim edə bilmirdim. Bu cür rejissorlar dəvət edirdi və şansım idi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Evinizin qonağı" proqramında deyib. Aktrisa son vaxtlar serial və filmlərdə rol almamasından danışıb. N.Allahverdiyeva bildirib ki, onu ssenari qane etmir.

Aktrisa "Yarımştat" tamaşasındakı məşhur "Tomka" obrazından danışıb:

"Həmin tamaşa axşam yayımlandı, səhər məşhurlaşdım. Şərif Qurbanəliyev tələbə yoldaşım idi. Yarımştat tamaşaçı çəkiləndə zəng etdi ki, kiçik obraz var. Dedim, o qədər tamaşa çəkirsən, mənə balaca obraz verirsən. Qayıtdı ki, özünü təsdiq et bu obrazla. Bilirsən, Telman Adıgözəlov, Yaşar Nuri, Afaq Bəşirqızı, Arif Quliyevlə çəkiləcəksən. Özümü pis hiss etdim ki, onların qarşısında nə edəcəm? Getdim, qızardım, utanıram danışa bilmirəm, tər tökürəm. Məşqdən sonra Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz, danışa bilmir. Şərif deyib, utanır. Qayıtdı ki, o cür rollar oynamısan, sənə nə oldu. Dedi, get çalış. Səhərə kimi yatmadım, ağladım. Özümə dedim ki, elə oynamalısan ki.. Gecə-gündüz 1 ay çalışdım, 10 dəqiqəlik rolum var idi. Ramiz Mirzəyev oynayandan sonra mənə dedi "bravo".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1034   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xoşqədəmin MAKİYAJSIZ GÖRÜNTÜLƏRİ YAYILDI - Görənlər aparıcını TANIMADI- FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı sosial mediada yeni görüntülərini paylaşıb. Paylaşımda onun makiyajsız, təbii halı diqqət çəkib. Sözügedən görüntüləri təqdim edirik

15.08.2026 539
.

"Kızılcık şerbeti"ndən sonra görünüşünü dəyişdi - Fotolar

Türkiyəli aktyor Doğukan Güngör yeni görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialından sonra Kanal D-nin yeni layihəsi "Haysiyet"lə ekranlara qayıtmağa hazırlaşan aktyor arıqlaması və imicində etdiyi dəyişikliklə diqqət çəkib. Doğukanın yeni görünüş

15.08.2026 223
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotolarını izləyicilər

09.08.2026 517
.

Başına iş gəldi, tətilini yarımçıq qoydu

Türkiyəli aktyor Yağız Can Konyalının başına iş gəlib. Axşam.az xəbər verir ki, Cihangirdə görüntülənən aktyor tətil zamanı əlindən ciddi xəsarət aldığını bildirib. Konyalının sözlərinə görə, əlində olan şüşə butulka qəfil partlayıb və nəticədə əli dərindən kəsilib. Hadisədən sonra xəstəxanaya aparıla

09.08.2026 516
.

Hande Londona gedir - Sevgilisi dəstək olub

Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub. Axşam.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib. Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq

15.08.2026 256
.

Türkan Şoray yenidən Bakıya gələcək

Türkiyəli məşhur aktrisa Türkan Şoray yenidən Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisa oktyabrın 25-də Bakıda olacağını açıqlayıb. Qeyd edək ki, Türkan Şoray bundan əvvəl bir neçə dəfə şəhərin qonağı olub

09.08.2026 410
.

"Ferit" yeni serialda

"Yalı Çapkını" serialının "Ferit"i, türkiyəli aktyor Mert Ramazan Demirin yeni layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə bloq yazarı Birsen Altuntaş məlumat yayıb. Bildirilib ki, aktyor "Susuz Yaz" serialında rol almaq üçün ilkin razılığa gəlib

15.08.2026 326
.

"Gedənlər qayıtmır"

Aktrisa Zümrüd Qasımova sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında "Gedənlər qayıtmır. Geridə həsrət, boşluq qalır" deyə, yazıb. Qeyd edək ki, bir müddət əvvəl Zümrüdün bacısının həyat yoldaşı dünyasını dəyişib

09.08.2026 371
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləmanın görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntülərə xoş sözlər və təriflər yağdırıblar. Həmin paylaşımı təqdim edirik:

16.08.2026 450
.