Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEO

Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEORusiya paytaxtında hosteldə yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Onların hamısı miqrantlardır.

Faciə nəticəsində daha dörd nəfər yaralanıb, təxminən 200 nəfər təxliyə edilib.

Oxu.Az ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu göndərib.

XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bu barədə quruma məlumat daxil olmadığını diqqətə çatdırıb:

"Baş vermiş hadisədə ölən və ya xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı ölkəmizin Rusiyadakı səfirliyi araşdırma aparır".

Qeyd edək ki, yanğın barədə məlumat 28 iyul Moskva vaxtı ilə saat 23:47-də (Bakı vaxtı ilə 29 iyul 00:47) daxil olub. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik avadanlığının nasazlığı ola bilər.

Ölüm hallarına səbəb hostelin pəncərələrindəki dəmir barmaqlıqlar göstərilib. İnsanlar buna görə binadan çıxmağı bacarmayıblar. Yerli sakinlər onlara kömək etməyə çalışsalar da, bu mümkün olmayıb.

RF Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yataqxanada yanğın siqnalizasiyası işləməyib. Müəssisədə dəfələrlə qanun pozuntuları aşkar edilib, yerli sakinlər obyektin antisanitar vəziyyətindən şikayət ediblər.

Faciə ilə bağlı RF İstintaq Komitəsi tərəfindən "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsinə görə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEORusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEORusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEORusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEORusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 969   Tarix: 29 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Yardımlıda arvadına işgəncə verən ər həbs olunub. -ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib. İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla so

12:10 209
.

Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik

Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib

11:30 152
.

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad

19:20 142
.

İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə v

11:39 159
.

SEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"

İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini

13:20 169
.

ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib

ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb

10:30 181
.

ABŞ İranın maliyyə şəbəkəsini HƏDƏFƏ ALDI

ABŞ İranın qlobal maliyyə sistemi vasitəsilə yüz milyonlarla dollar köçürməsinə kömək etdiklərinə görə banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında bildirilib. B

19:30 150
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

22:00 104
.

İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb

Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikd

14:40 170
.

TOP MP3